xestelik

Alimlərdən yeni ölümcül xəstəlik barədə XƏBƏRDARLIQ

Baxış sayı: 352

Amerikalı elm adamları yarasalardan insanlara ötürülən Nipah virusunun yeni ölümcül xəstəliyin baş verməsi ilə nəticələnə biləcəyini söyləyib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri “Express” nəşri tərəfindən yayılıb.

Mütəxəssislər hər il bu infeksiyaya yoluxma hallarının qeydə alındığı Banqladeş və Hindistanda onların tezliyinin artdığı barədə xəbərdarlıq edib. Əvvəllər virusun meyvələr çox olan ərazilərdə yayıldığı düşünülürdüsə, indi bu, bir şərt deyil. Alimlər epidemiyanın Cənub-Şərqi Asiyanın hər yerində baş verə biləcəyini söyləyirlər.

Nipah virusu beyin iltihabına və ya tənəffüs xəstəliklərinə səbəb ola bilər. Xəstəlik insanlara yoluxmuş heyvanın tüpürcəyinin meyvələr üzərinə düşməsi ilə ötürülür. İnfeksiya koronavirus kimi insandan insana asanlıqla keçmir, ancaq yarasalardakı virus ştammı dəyişə bilər.

Bu xəstəliyin müalicəsi və peyvəndi yoxdur, ölüm faizi isə 90 faizdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir