af83851e3122a45fde43de6bb2d2992e

Almaniyalı müəllim: “Həmişəlik Bakıda qalmağı düşünürəm”

Baxış sayı: 6. 325

Müsahibimiz almaniyalı professor Mauros Rollerdir. Artıq bir ildən çoxdur ki, Bakıda yaşayan M.Roller ölkənin aparıcı ali təhsil ocaqlarından birində – Qərbi Kaspi Universitetində müəllim, eyni zamanda həmin universitetin Filologiya və Tərcümə Məktəbində dekan vəzifəsində çalışır.

– Daha öncə Bakıda olmuşdunuzmu?

– Bəli, Bakıyla və Azərbaycan mədəniyyəti ilə tanış olmaq üçün bir neçə dəfə səfər etmişdim.

– Uyğunlaşa bilmisinizmi? Özünüzü burada necə hiss edirsiniz?

– Bu, sizin üçün qəribə ola bilər, amma özümü evdə olduğum kimi hiss edirəm. Mən özümü bir qərib kimi hiss etmirəm. Bakı mənim yeni evimə çevrilib və mənim planım burada qalmaq və yaşamaqdır.

– Bakını yəqin ki, kifayət qədər gəzmisiniz artıq…

– Bakı çox maraqlı və gözəl şəhərdir. Mən memarlığı, ənənə və modernliyin birləşməsini sevirəm. Dənizdə vaxtımı keçirməyi sevirəm. Və əlbəttə, dənizi izləməyi çox sevirəm. Və Qərbi Kaspi Universitetinin əsas binası (mənim iş yerim) çox gözəl bir yerdə yerləşir. Bakıda olan ən maraqlı məqamlardan biri yol hərəkətidir (gülümsəyir). Almaniya ilə müqayisədə, həqiqətən qaydalara diqqət yetirmirsiniz. Ancaq hər şey bir-birinə maneə törədirsə də, sonunda hər şey düzgün işləyir …

– Maraqlıdır, Bakı sizə daha çox Şərq, yoxsa Qərb şəhəri təsiri bağışlayır? Yoxsa heç biri? Bəlkə postsovet ölkəsinin paytaxtı?

– Bakı mənə çox müxtəlif təsirlərin qarışığı kimi görünür. Məsələn dili götürsək, insanlar ingilis və rus dillərində danışırlar, ancaq bir çoxları ingilis dilində tam ünsiyyət qura bilirlər. Ənənəvi Azərbaycan həyat tərzi var, amma hər yerdə “Qərb” deyənlərini də görə bilərsiniz.  Yox, Bakı postsovet ölkəsi təəssüratını itirib. Bu dövr təxminən 30 il əvvəl olmuşdur. Mən sovet ənənələrində bir ekspert deyiləm, ancaq bir xarici vətəndaş kimi deyə bilərəm ki, Sovet dövrünün izlərinin çoxu uzun müddət əvvəl itmiş görünür.

3d59c879956162d6b779f95f462fa8a31537036319-photo.jpg (69 KB)

– Azərbaycan mətbəxi sizi qane edirmi? Hansı yeməklərimizlə aranız yaxşıdır?

– (Gülür) Etiraf etməliyəm ki, bir çox qida məhsullarına diqqət yetirmirəm. Bəzən restorana gedirəm və mətbəxinizdən ən çox şorbaları sevirəm. Ancaq yenə də qeyd etmək istərdim ki  Azərbaycan mədəniyyəti çoxşaxəlidir və bu onun mətbəxinə də aiddir. Çox yeməklər var ki, onları hələ dadmaq lazımdır. Amma hər yerdə Avropa qida mallarını alırsınız. Məncə, mən Azərbaycan mətbəxinə daha çox diqqət yetirməliyəm. Amma Almaniyanın  bir məhsulu var ki, onun üçün çox darıxıram.Bu, alman çörəyidir. Almaniyaya gedən bir çox insan oranın çörək və xəmir məhsullarına çox heyran qalır. Hesab edirəm ki, bu, bizim mədəniyyətimizin bir hissəsidir.

– Musiqilərimizi necə, dinləyirsinizmi?

– Bəzi mahnılarınızı, xüsusilə Azərbaycan və pop musiqisinin qarışığını sevirəm. Sizin mədəni Azərbaycan musiqinizə hələ də öyrəşməmişəm. Amma məncə, Azərbaycan haqqında öyrənməli çox şeylər var. Belə zəngin bir ənənəyə malik bir mədəniyyəti tanımaq istəyən üçün bir il qısa bir müddətdir.

– Burada Qərbi Kaspi Universitetində çalışırsınız. İşiniz nədən ibarətdir?

– Eyni zamanda üç vəzifəm var. Müəllim, Filologiya və tərcümə fakültəsinin dekanı, eləcə də ingilis dili və ədəbiyyatı kafedrasının müdiri. Hər iki kafedranın müəllimləri üçün, bütün tədris prosesi üçün, tədqiqat üçün məsuliyyət daşıyıram. Mən həm də İngilis ədəbiyyatınıdan  və ədəbiyyat nəzəriyyəsindən dərs deyirəm. Amma bir çox vəzifələrin belə bir birləşməsini sevirəm – bu, mənim ideyalarımın inkişafı üçün mənə bir şərait verir.

– Almanları hər kəs dəqiq xalq kimi xarakterizə edir. Heç olur ki, işə gecikəsiniz? Və ya hansısa toplantıya, dərsə gec çatasınız?

– (Gülür) Yaxşı, deməli mən sıradan bir Alman deyiləm. Əlbəttə ki, vaxtında olmağa çalışıram. Ancaq fərdi olaraq, ola bilər ki, mən də bir az gecikim. Ancaq hiss edirəm ki, ölkənizdə Almaniya haqqında çoxlu stereotiplər var. Onların bəziləri həqiqətən dəqiq ola bilər, amma yəqin ki, hamısı deyil.

– Necə gedir işləriniz? Rəhbərlik etdiyiniz fakültədə hansı yeniliklər var?

– Universitetimizin məqsədi Qafqaz regionunun aparıcı universitetlərindən biri olmaqdır. Bu, mənim üçün bir neçə istiqamətdə inkişaf deməkdir. Hazırda planlarımdan çox danışmaq olardı. Düşünürəm ki, beynəlxalq əlaqələri daha da möhkəmlətmək üçün xarici təcrübədən istifadə köməklik edə bilər. Tələbələrimizə mümkün olan ən yaxşı şərtləri təklif etmək istəyirik və bu da təbii ki,  müəllimlərdən başlayır. Universitetdəki müəllimləri nə qədər güclüdürsə, universitetin gücü də o qədər böyükdür. Əlbəttə ki, tələbələr hər bir təhsil müəssisəsinin diqqət mərkəzindədirlər. Tələbə olmasa bir təhsil müəssisəsi də olmaz. Lakin yüksək səviyyəli müəllimlər olmadan da bir universitet inkişaf edə bilməz. Fakültəmizdə və ümümi universitetimizdə çox yaxşı bir müəllim heyəti var, amma bununla yanaşı hesab edirəm ki, tədris proqramlarını zənginləşdirmək üçün xarici təcrübədən istifadəni, araşdırma və inteqrasiyanı davam etdirmək faydalı olar.

– Gənclərlə, tələbələrlə necə dil tapırsınız?

– Çox yaxşı. Güman ki, məni müəllim kimi qiymətləndirirlər.  Mənim təcrübəmə hörmət edirlər, mən də onlara hörmət edirəm, onların şəxsiyyətlərini və ehtiyaclarını nəzərə alıram. Mənim üçün qarşılıqlı hörmət tədrisin təməlidir. Bu baxımdan mənim üçün hörmətsiz bir tədris ola bilməz

– Tələbələr Avropa mədəniyyəti, dəyərləri ilə nə qədər maraqlanırlar?

– Bu, insandan asılıdır. Bəziləri çox maraqlı və Avropa mədəniyyətini öyrənmək istəyən kimi görünür. Bəziləri barədə isə o qədər əmin deyiləm. Hesab edirəm ki, bütün dünyada bu baxımdan tələbələr eynidır – bəziləri öyrənməyə hazırdır, bəziləri isə tərəddüd edir. Amma hər halda, onları İngilis ədəbiyyatı (mənim sahəm) ilə deyil, ingilis və Avropa mədəniyyəti ilə də tanış etməyə çalışıram. Ədəbiyyat və mədəniyyət ayrılmazdır – mənim üçün ədəbiyyatın tədrisini onun mədəni kontekstində öyrətmək daha əlverişlidi. Başqa sözlərlə, ədəbiyyat öyrənmək mədəniyyəti öyrənmək deməkdir. Tələbələr nə qədər Avropa ədəbiyyatı haqqında məlumat əldə etsələr, onlar o qədər də Avropa mədəniyyəti, dəyərləri və ənənələri ilə tanış olmuş olurlar.

– Bizim gənclərlə almanlar arasında hansı fərqləri sezirsiniz?

Bir fərqi qeyd etməli olsam, intizamı seçərdim. Almaniyalı tələbələr, Azərbaycanda olanlardan daha intizamlıdırlar. Yanlış başa düşməyin, mən tələbələri sevirəm və üniversitetimizdə tədrisi sevirəm. Ancaq bir az daha intizam və məsuliyyət indiki və sonrakı tədris prosesinə kömək edə bilər. Bundan başqa, məncə, o qədər də böyük fərq yoxdur. Mənim üçün ən vacib olanı isə universitetdə gənclərin gələcək həyatına yaxşı başlanmasına dəstək olmaqdır. Tələbələrin, Almaniyalı və ya Azərbaycanlı olmalarınının fərqi yoxdur. Tədris təkcə peşə deyil, eyni zamanda laqeyd yanaşmamanın məsuliyyətidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir