boy

Aralarında boy fərqi çox olan məşhur cütlüklər – fotolar+siyahı

Baxış sayı: 1. 431

Basketbol oyunçusu Tayson Şandler ilə həyat yoldaşı Kimberli Kalabasasda gəzərkən obyektivlərə tuş gəliblər.

Gencaile.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hər yerdə olduğu kimi yoldan keçənlər gözlərini onlardan çəkə bilməyib. Bunun səbəbi isə aralarındakı boy fərqidir.

Taysonun boyu 216 santimetr olduğu üçün həyat yoldaşı ancaq onun çiyninə çata bilir. Xoşbəxt cütlüyün bir qızı, bir oğulları var.

 

Amma məşhurlar arasında belə boy fərqləri olan ailələr az deyil. Keçmiş basketbolçu Şakil O Nil (216) və sevgilisi, aparıcı Nikol Aleksander (157) də bu mənada diqqət çəkir.

Boksçu Vladimir Kliçko 198-lik boyuyla həyat yoldaşı Hayden Panettierenin (153 sm) yanında çox böyük görünür.

Saşa Baron Kohen və İsla Fişer də aralarında boy fərqi olan cütlüklərdəndir. Kohen 191 sm, həyat yoldaşı Fişerin boyu isə 157 sm-dir.

Aktyor Coş Duhamel, 1.92 sm boyundadır. Həyat yoldaşı, məşhur müğənni Förqinin boyu isə 1.59 sm.

Aktyor Liev Şrayberin boyu 1.90 sm, Naomi Uottsun boyu isə 1.65 sm-dir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir