toy

Aşpaz, tibb bacısı, ibtidai sinif müəllimi, hüquqşünas, rejissor olan müğənnilər

Baxış sayı: 157

Artıq uzun zamandır ki, şou-biznes əhli toylarsız, məclislərsiz qalıb. Bir müddət əvvəl aprel-may aylarında toylarla bağlı qadağaların aradan qaldırılacağına ümid edən sənətçilər sonradan bu ümidlərini də itirdilər və onların arasında artıq başqa peşə ilə məşğul olmaq istəyənlər var.

Məsələn, müğənni Sevda Yəhyayeva son müsahibəsində artıq bizneslə məşğul olmaq istədiyini dilə gətirmişdi:

 

Sevda Yəhyayeva gecə paltarında - FOTOlar

“Bundan sonra gərək biznes haqda da düşünəm. Çünki hazırda yalnız müğənniliklə qazanc əldə etmək mümkün deyil. Əlbəttə, bütün dünyada bu belədir. Böyük bir biznes qurmaq fikrində deyiləm. Özümə məxsus bir atelyem olsun istəyirəm. O moda evində gözəl geyimlər tikilsin. Məni sevən insanlar oradan geyim əldə edə bilsinlər. Həm də, hər zaman öz brendimi geyinim. Belə bir fikrim çoxdan var idi. Amma deyirdim ki, yox, ifaçılıqdan gəlir əldə etməyim bəsimdir. Amma indi görürəm ki, onu da etmək lazımdır. Düzdür, elə bir sahədir ki, belə bir vəziyyətdə o da işləməyəcək. Gələcəkdə belə bir işim olarsa, mənə müraciət edən hər kəsə kömək edərəm”.

Ailəsiz sevgi və ya sevgisiz ailə - Şəhriyar Məhərrəmov yazır ...

Gənc müğənni, “Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmov isə taksi sürücüsü kimi fəaliyyətə başladığını bəyan edib.

Vüqar Əbdülov - meyxanaçı | Artist.az

Tanınmış meyxanaçı Vüqar Əbdülov isə bildirmişdi ki, əgər vəziyyət bu cür davam edərsə, veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi işləməyi düşünəcək:

“Bu da sırf dolanmaq məqsədilə ola bilər. Amma qeyd etdiyim kimi, başqa fiziki bir iş əlimdən gəlmir”.

Maraqlıdır ki, şou-biznesdə olan sənətçilərin böyük əksəriyyətinin ixtisasca peşəsi tamamilə başqadır.

Röya Ayxan bu dəfə onu seçdi -

Məsələn, əməkdar artist Röya Ayxan ixtisasca hüquqşünasdır. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Murad Arif - Yeganə (audio) - YouTube

Müğənni, bəstəkar, musiqi prodüseri, şoumen Murad Arif isə Beynəxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur.

Canımı ona tapşırdım, komaya düşdüm” — Faiq Ağayev

Xalq artisti Faiq Ağayev əvvəlcə Tibb Universitetinə daxil olub, lakin sonradan təhsilini yarımçıq qoyaraq, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində təhsil alıb.

Lalə Məmmədova tamamilə dəyişdi - FOTOLAR - xeberler - BiG.AZ

Əməkdar artist Lalə Məmmədova isə müğənniliklə yanaşı ingilis dili müəllimədir. O, 1995-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olub, 2001-ci ildə Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın “solo oxuma” xanəndəlik sinfinə daxil olub.

Elnarə Xəlilova: "Unutmadım" - Open.az

Müğənni Elnarə Xəlilova isə ixtisasca filoloq olub. O, 1997-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub.

Xatirə İslam həyat yoldaşını səhnədə öpdü və... -

Müğənni Xatirə İslam isə deyilənə görə, əvvəlcə ixtisasca tibb bacısı olub. Lakin sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub.

Rəqsanə İsmayılova 28 min tələb edən xanıma cavab verdi -

Hazırda müğənni kimi fəaliyyət göstərən Rəqsanə İsmayılova isə əvvəllər texnikum bitirib və bir müddət orta məktəblərin birində ibtidai sinif müəllimi olub.

Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər ...

Xalq artisti Zülfiyyə Xanbabayeva isə ixtisasca rejissordur. Zamanında Xanbabayeva Mədəniyyət və İncəsənət İnstitutunun Teatr rejissoru fakültəsini bitirib.

Abbas Bağırov: "18 illik münasibətimizdə qətiyyən soyuqluq ...

Əməkdar artist  Abbas Bağırov isə Tərtərdə  Maliyyə-iqtisad kollecində təhsil alıb.

Nə qədər yuva dağıtmışam" - Niyam Salami - VİDEO - son xeberler

Müğənni Niyam Salami şou-biznesə gəlməzdən əvvəl aşpazlıq edib.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir