MASIN

Avtomobildə yanacaq çənini necə təmiz saxlamalı?

Baxış sayı: 145

Azərbaycanda sürücülər çox zaman benzinin keyfiyyətli olmaması barədə şikayət edirlər. Avtomobildə yaranan nasazlıqların əsas səbəblərindən biri kimi məhz bunu göstərirlər. Ustalar isə benzinin keyfiyyəti ilə yanaşı, sürücünün də məsuliyyətini ön plana çəkirlər.

Avtomobil ustası Etibar Əliyev deyir ki, benzinin keyfiyyətli olması, yanacaq sisteminin hər zaman təmiz qalacağı anlamına gəlmir: “Təbii ki, zaman keçdikcə yanacaq çənində müxtəlif maddələr yığılır. Hətta bəzən benzinin tərkibində su olarsa çənin dibinə çökür. Sürücülərə ilk tövsiyə etdiyimiz məqam süzgəclərin vaxtında dəyişdirilməsidir. Bəzi avtomobillərdə yanacaq çəninin içində mikrosüzgəc olur ki, bu da mühüm əhəmiyyət kəsb edir. Onun dəyişdirilməsi və ya təmizlənməsi zəruridir. Çünki yanacaq sisteminə ötürülən hissədə yerləşir.”

Ustanın sözlərinə görə, müasir dövrdə əlavə qatqılar bu problemlərin həlli üçün istifadə olunur: “Bu qatqıların tərkibində elə kimyəvi maddələr var ki, onlar yığılan lazımsız qalıqları məhv edir. Nəticədə yanacaq çəni təmizlənir.”

Etibar Əliyev bəzi sürücülərin həddindən artıq səhlənkarlıq etdiyini və nəticədə daha çox xərcə düşdüyünü də bildirib: “Yanacaq çəninin yuyulması çətin və vaxt tələb edən prosesdir. Həm də əlavə xərcdir. Odur ki, sürücülər sadə qaydalara əməl etməklə bundan xilas ola bilərlər. İkiqat əziyyət çəkməmək üçün, işi o həddə çatdırmaq lazım deyil.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir