toyuq

“İftar menyusu” – 28-ci gün

Baxış sayı: 937

Iftar süfrəsi üçün nə bişirim deyə düşünməyin,“Gencaile.az” saytının “İftar menyusu” rubrikasına istinadən ləzzətli qızarmış toyuq və qaymaqlı göbələk sousunu hazırlayın. Fəqrli, yüngül və ləzzətli axşam yeməyinə ailənizi qonaq edin.

 

Lazım olan ərzaqlar

  • 1 toyuq filesi (500 qr)
  • 300 qr göbələk
  • 1 baş soğan
  • 3/4 stəkan süd
  • 2 xörək qaşığı un
  • 1 diş sarımsaq
  • İstiot
  • Duz
  • Zeytun yağı

Toyuq filesini ortadan iki yere bölün, duz və istiot vurun. Zeytun yağında hər iki üzü qızarana qədər bişirib kənara qoyun.

Başqa bir qabda yağı qızdırıb soğanları xırda doğrayıb əlavə edin. Göbələkləri də doğrayıb bura əlavə edib suyu çəkilənə qədər bişirin.

Südün içinə unu töküb həll edin. Bu qarışımı da göbələklərin üzərinə töküb 3 dəqiqə bişirin , duz, istiot əlavə edib kənara çəkin.

Süfrəyə verdikdə qızarmış toyuqların yanına göbələkli sous əlavə edin. Dəmlənmiş düyü ilə süfrəyə verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir