makaron

Axşam yeməyi üçün ləzzətli RESEPT

Baxış sayı: 1. 925

Bu axşam nə bişirəcəyinizə hələ qərar verməmisinizsə, bu işdə sizə kömək edə bilərik. “Bu gün nə bişirəcəm?” deyənlərə “Gencaile.az”-a nəzər yetirməyi tövsiyə edirik, çünki “Yeməyə nə var?” rubrikası ləzzətli resept təqdim edir.

 

Qiyməli makaron                                                                             

Tərkibindəkilər:   

1. 500 qram makaron.

2. 300 qram yağsız dana qiyməsi.

3. 1 ədəd orta böyüklükdə soğan.

4.1 ədəd pomidor.

5. 3 ədəd yaşıl bibər.

6. 1 çay qaşığı tamat.

7. 1 çay qaşığı bibər tamatı.

8. 50 qram yağ.

9. Duz.

10. İstiot.

11. Qırmızı bibər.

 

Hazırlanması:       

Qazana bir az su  töküb qaynadın. Daha sonra həmin suya 1 xörək qaşığı yağ və duz əlavə edərək makaronları töküb, 15 dəqiqə qaynadın. 15 dəqiqədən sonra makaronların birini götürüb qaynayıb qaynamadığına baxın.  Qaynayıbsa, aşsüzənə tökün və üstünə soyuq su əlavə edin. O da süzüldükdən sonra boşqaba 1 xörək qaşığı ərimiş yağ əlavə edib makaronları da töküb qarışdırın.

Kənarda soğanı nazik-nazik doğrayıb tavada yağda qızardın, üzərinə pomidor və bibər tamatını əlavə edin.  Daha sonra qabığı soyulmuş xırda doğranmış pomidoru əlavə edərək qovurun. Sonra qiyməni əlavə edin. Qiyməni yaxşı qovurduqdan sonra duz, istiot və qırmızı pul bibər əlavə edin. Hazır olana yaxın yaşıl bibəri xırda doğrayaraq tökün. Qiyməni makaronuun üstünə töküb süfrəyə verə bilərsiniz.

Nuş olsun!   




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir