Foto 1

Banklar yarışdı, “Atabank” lider oldu

Baxış sayı: 125

“Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən banklar arasında keçirilən, mart ayının 15-dən avqust ayının 31-ə qədər davam edən yarışmada AtaBank qalib gəldi.

Hazırda Zolotaya Korona AtaBank müştərilərinin ən sevimli pul köçürmə sistemlərindən biridir. Belə ki, 24 həftə davam etmiş yarışma ərzində AtaBank “Zolotaya Korona”  tərəfindən qoyulan hədəfi 147,58 % başa vurulub. Yarışmada birinci yeri qazanan AtaBank-ın əməkdaşı, Zolotaya Korona tərəfindən hədiyyə olaraq təqdim edilən, “Avropanın balaca Havaisi” adlandırılan, dünyanın ən gözəl guşələrindən birinə səyahət imkanı əldə edəcək.

Qeyd edək ki, pul köçürmə xidmətlərini AtaBank-ın 31 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Xəzri, Zolotaya Korona, Contact, Blizko və LİDER sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir