ayaqqabi

Ayaqqabı seçimində 7 qayda

Baxış sayı: 164

İş və şəxsi həyatınızda fərdi imicinizin bir parçası olan ayaqqabılarınızı necə seçirsiniz? Bir imic məsləhətçisi ayaqqabı seçimində nələrə diqqət edir maraqlanırsınızsa, bu yazı sizin üçündür…

1. Demək olar ki, hamımız eyni şeyi istəyirik, daha incə, daha dəbli və daha yaraşıqlı görünmək. Bunun üçün düz bir xətt təsiri yaratmaq lazımdır. Yalnız geyimlərdə deyil, ayaqqabılarda da buna fikir verməlisiniz. Ayaqqabılarınızla şalvarınızı və corablarınızı eyni tonlarda seçərək yuxarıdan aşağı bir bütünlük təşkil edə bilərsiniz. Eyni qaydanı ətəklərinizdə də tətbiq etməyi unutmayın, kəsilməz bir bütün xətt yaradın. Topuqdan bağlanan ayaqqabıların ən çox incə topuqlu xanımlara yaraşdığını bilirsiniz yəqin ki. İri topuqlu qadınlarımıza isə bu məsləhət deyildir, çünki belə ayaqqabılar sizin ayaqlarınızı daha da kobud göstər bilər.

2. İş həyatınızda 8 sm-dən hündür dikdaban ayaqqabılar heç məqsədə uyğun deyildir. İş geyimi mövzusunda ənənəvi sektorlar olan bank, maliyyə, hüquq, ictimai sektorlarda işləyən xanımlar klassik dikdabanlardan düzgün istifadə etməlidirlər. 4-5 sm-lik dikdabanlar əslində bir çox ayaqda gözəl görsənir. Qıçlarınızın kök olduğundan şikayət edirsinizsə, onu daha incə və uzun göstərmək üçün ən azından 2,5 -3 smlik dabanlar seçin, düz babet və ayaqqabılardan uzaq durun. Bunlar sizin ayaqlarınızı daha da kök göstərməyə səbəb ola bilər.

3. İşdə geyinəcəyiniz ayaqqabılara qərar verməkdə çətinlik çəkirsinizsə, burnu açıq ayaqqabılar, sandal, rəqs ayaqqabıları, başmaqlar ənənəvi iş yeri geyiminə heç də uyğun deyildir, bunu unutmayın. Burnu bağlı ya da yaz ayları üçün arxadan bantlı ayaqqabılar bu tərz geyim üçün ən uyğun seçimlərdəndir.

4. Ayaqqabınızın ayaqlarınızla, hətta qıçlarınızla mütənasib olmasına diqqət verməlisiniz. İti burunlu ayaqqabılar ayaqları daha uzun, yumru burunlularsa daha kiçik göstərir.

5. Ala biləcəyiniz ayaqqabının ən keyfiyyətlisini alın. Bir az daha bahalı gəlsə də, keyfiyyətli bir cüt ayaqqabı sizi daha uzun müddət “gəzdirəcək”. Unutmayın ki dost-düşmən hər kəs ayağa baxır.

6. Ayaqqabı alışını günortadan sonrakı saatlarda edin. Ayaq üstə dayanmaqla və ya gəzməklə yaranan  yorğunluq ayaqlarınızda ən çox   bu vaxtlar olur, ayaqqabı alışını bu saatlarda edin ki ayağınıza ən rahat olan doğru ayaqqabını seçmiş olasınız.

7. Ayaqqabı və çantalar eyni rəngdə olmaq məcburiyyətində deyil. Amma eyni stildə olmaları çox əhəmiyyətlidir. İdman ayaqqabılarla idman seqmentli çantaları, daha zərif fantaziya ayaqqabılarla eyni zəriflikdə çantaları uyğunlaşdırmağa diqqət etməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir