ayten

Aytən Səfərovadan ürək ağrıdan etiraf

Baxış sayı: 1. 861

ANS TV-nin tanınmış teleaparıcısı Aytən Səfərova kasıb ailədə böyüdüyünü etiraf edib.

“Salam, Azərbaycan” səhər proqramının aparıcısı Rövşanə Ağasəfqızının “Bazar səhəri” verilişində ürək sızladan açılamar verib:

“Çox kasıb ailədə böyümüşəm. Elə vaxtlarımız olub ki, çörəyi iyləyib qardaşıma vermişəm ki, ac qalmasın. İndi durub yalandan özümü öyə bilmərəm”.

“Ailələrdə baş verən narazılıqların çoxu maddi çatışmazlıqdan yaranır. Mən özüm bunun şahidi olmuşam. Kasıblıqdan dağılan o qədər ailələr var ki”, – deyən Səfərova, ailənin maddi durumunun əsas amillərdən biri olduğunu vurğulayıb.

Teleaparıcı hər kəsin vətəndaşlıq borcunun olduğunu xatırladıb: “Biz Azərbaycan qadınları nə ediriksə, vətəndaşlıq naminə etməliyik. Namusumuzu da Azərbaycan üçün qorumalıyıq, övladı da Vətən üçün dünyaya gətirib böyütməliyik”. /anspress.com/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir