telefon

Mobil telefon alarkən nələrə diqqət yetirməliyik?

Baxış sayı: 374

Hər birimiz mobil telefon alarkən onun həm münasib qiymətinin, həm də  texnoloji yeniliklərə cavab verən xüsusiyyətlərinin olmasını istəyirik.

Bəs mobil telefon alarkən   diqqət yetirməli olduğumuz  ən əsas məqamlar hansılardır? 

Hər bir mobil telefonun əsas və köməkçi funksiyası olur. Təbii ki,  bu funksiyaların hər birini nəzərdən keçirmək lazımdır. Orijinallıq, məmnunluq, büdcə uyğunluğu bunlar   üçün çox önəmlidir. Bütün bunlar həm də telefonunuzun istifadə müddətinə də birbaşa təsir edir.

İlk olaraq işlətmək istədiyiniz sistemi seçməlisiniz. Bildiyimiz kimi, smartfonlarda  iki əsas sistem  var:  “Android” və “İOS”. Ən böyük düyün bax bu seçimdən sonra çözülür.  “İOS” sisteminə “Apple” şirkətinin istehsal etdiyi  “İphone” və onun modelləri, “Android” sisteminə isə  “Samsung”, “Huawei” və başqa markalar aiddir.  “İOS” sisteminin həm mürəkkəbliyi, həm də fərqliliyi var. Xüsusilə ilk dəfə smartfon istifadə edənlərin birbaşa “İOS” seçməsi doğru deyil. Nisbətən sadə və aydınlığı ilə seçilən “Android” sistemi isə daha münasib, populyardır.

İkinci, telefonların ekranıdır. Müasir smartfonlarda hər yenisi digərindən  ekran ölçüsünün iriliyi və nazikliyi ilə fərqlənir. Çox böyük ekran heç də müsbət xüsusiyyət deyil. Ekranın parlaqlığını yüksək  səviyyədə qoymaq isə gözlər üçün zərərlidir.  Ekranın  “HD” deyil,  “Full HD” olanını seçməkdə fayda var.

Üçüncü isə telefonun daxili  və xarici yaddaşıdır.  Bildiyimiz kimi, daxili yaddaş RAM adlanır. Daxili yaddaş tutumunun yüksək olması çox mühüm xüsusiyyətdir. Belə ki, bu zaman telefonda donma, yüklənmə halları  az baş verir. Xarici yaddaş isə ən azı 32 GB  olmalıdır.  Çünki multimedia telefonun yaddaşında çox yer tutur.  8 və 16 GB yaddaş  ilə sizin  ehtiyat tutumunuz daha tez dolacaq.

Dördüncü, telefonun kamerasıdır. Bir çoxlarımız üçün  ən əsas telefonun yaxşı şəkil və video çəkməsidir. Kamera müasir standartlara, geniş imkanlara malik olmalıdır. Kameranın meqapiksel (görüntüləmə) dəyərlərinə, hansı marka lensdən istifadə olunduğuna, diafraqma açıqlığına diqqət etmək lazımdır. Bu  qaranlıqda daha effektiv şəkil yaranmasına səbəb olacaq.

Beşinci,  telefonun  batareyasıdır. Hər nə qədər bahalı, çoxfunksiyalı telefon olsa da, onun istifadə müddəti batareyasından çox asılıdır. Batareya şişib partlamasın, enerjini daha çox saxlasın. Bunun üçün  də orijinal  olması  məsləhətlidir. Hətta batareyanı dəyişdirərkən də, çalışın keyfiyyətlisini əldə edəsiniz. Uzun müddət və tez-tez  enerji yığımı da batareyanın ömrünə mənfi təsir edir. Adapteriniz original, keyfiyyətli, gücü yüksək olarsa bu sizin  telefonun daha tez enerji yığmasına, batareyanın da daha az elektrikdə qalmasına  səbəb olacaq. İkinüvəli prosessorlu smartfon aldığınız zaman, 1600 mAh’dan yuxarı, dörddüvəli prosessorlu smartphone alırsınızsa, 1800 mAh və daha yuxarı batareya gücünə malik olmasına nəzər yetirin. Hər bir batareyanın normal işləməsi maksimum 6 ay və ya 1 il olur. Əgər, telefonun batareya gücü, məsələn 25-30 saat yazılıbsa, daha tez 15-17 saat ərzində batareya tez bitirsə, aldığınız yerə müraciət edin. İkinci əl telefon aldıqda, buna o qədər fikir verməyin. Çünki onsuz da əksər satılan modellər 6 aydan çox istifadə edildikdən sonra, satılır. Amma yenə də araşdırmanız nəticəsində, məsələn, satıcı telefonun batareya gücünün 15-17 saat olduğunu desə də, amma istifadə zamanı sadəcə 6-7 saat istifadədən sonra bitirsə, onda satıcıdan yeni batareya tələb edin.

TELEFON

Altıncı, ağıllı telefonlarda təhlükəsizlik üçün müxtəlif xüsusiyyətlər mövcuddur ki, bunlardan ən etibarlısı fikrimcə Göz qişası skaneridir. Göz qişası skaneri smartfonlarda mövcud olan ən üstün təhlükəsizlik tədbirlərinin başında gəlir. Bu xüsusiyyəti həm ekran kilidi üçün həm də vacib faylları qorumaq üçün istifadə edə bilərsiniz. Telefonun ön kamerası vasitəsilə ultraqırmızı şüalar sizin gözlərinizi skan edir və sizin telefonun əsl sahibi olduğunuza arxayın olduğundan sonra gizlənmiş materialları və ya ekran kilidini açmağa icazə verir.

Təhlükəsizlik üçün digər bir vacib funksionallıq barmaq izi sensorudur. Bu təhlükəsizlik baxımdan çox vacibdir, sensor sadəcə əsas ekran kilidi üçün yox, telefonunuzun içində yerləşən vacib faylları da qorumaq və barmaq izi ilə açmaq üçün də istifadə edilə bilər. Hətta bu cür sistemlərdə hər tətbiqetmə üçün fərqli barmaq izi istifadə etmək də mümkündür.

Yeddinci, telefonun səsləndirmə imkanlarıdır. Telefonun səsinin aydın  və müəyyən səs tezliyində olması önəmlidir. Bunu yoxlamaq lazımdır. Həm telefonun, həm də qulaqcıqların səs imkanlarına diqqət etməliyik. Bu xüsusiyyətlər  keyfiyyət səslənmə üçün vacibdir.

Səkkizinci, telefon  aldığınız mağazaya da diqqət etməlisiniz. Telefonu uzun müddət istifadə etmək istəyirsinizsə, o zaman orijinal,  qeydiyyatlı və zəmanət talonlu mallar  təqdim edən  satış obyektlərinə yaxınlaşın. Çünki zəmanət talonu sizə telefonunuz xarab olduqda,  onu təmir  etdirməyə  və ya dəyişdirməyə imkan verəcək.

Telefon alarkən onun qiyməti  qədər, keyfiyyəti də önəmlidir. Qeyd etdiyimiz məqamlara isə  xüsusi diqqət olunmalıdır ki, işlək və problemsiz telefon əldə edəsiniz. Unutmayaq ki,  bizə yaxın olan  mobil telefonların keyfiyyətinin yüksək olması təkcə istifadə rahatlığı üçün deyil, həm də sağlamlığımız üçün vacibdir. Hər kəs öz zövqünə, tələbatına  ən əsası da büdcəsinə uyğun mobil telefon alır.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir