telefon-su

Telefon suya düşübsə… NƏ ETMƏLİ?

Baxış sayı: 405

Əgər telefonunuz suya düşübsə və ya nəmə məruz qalıbsa, onu xilas etmək mümkündürmü? Əslində müasir telefonlar nəmdən qorunma sistemi ilə təchiz edilib. Ən yüksək qorunma dərəcələri IP67 və IP68-dir, bu telefonlar su altında nə qədər qalsalar bu. Onların keyiyyətinə və işləməsinə problem yaratmır.

“Lakin digər modellər daha aşağı qorunma dərəcələrinə malikdir. Belə telefonlar yağış da daxil olmaqla, damla su nəticəsində belə funksionallığı itirə bilərlər. Ona görə də suya düşən smartfonu xilas etmək üçün dərhal hərəkətə keçmək vacibdir”- deyə ekspert bildirib.

Ekspert məsləhət görür ki, telefonunuz islanırsa, dərhal onu söndürmək və üzlükdən çıxartmaq lazımdır.

“Belə vəziyyətdə cihazı şarja qoymaq qəti qadağandır. Daha sonra yumşaq bir parça ilə telefonu qurulamaq lazımdır. Bu vəziyyətdə saç qurutma fenindən istifadə etməyin. Cihazı radiator və ya digər isti səthin üstünə qoymaq olmaz. Telefonu yüngülcə silkələmək lazımdır ki, işində qalan su tökülsün. Bundan sonra SİM kartı və yaddaş kartını çıxarın. Telefonu quru otaqda buraxaraq, ventilyator və ya kondisioneri işə salmaq məsləhətdir. Telefon ən azı 24 saat quruma rejimində olmalıdır.” – mütəxəssis bildirib.

Ancaq bundan sonra telefonu yandırmaq və funksionallığı yoxlamaq olar. Əgər telefonunuz işləməsə, bu halda xidmət mərkəzinə müraciət etmək lazımdır.

Ekspert qeyd edib ki, telefon islanarsa onu düyüyə batırmaq kimi “xalq lətifələri”nə inanmaq olmaz. Taxıl yalnız səthdən su yığa bilər, telefonun içərisindəki nəm  isə qalacaq.

 

Zamin Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir