mektebli

Azərbaycanda saxta məktəbli forması problemi

Baxış sayı: 219

Məktəblərin yay tətilinin bitməsinə 1,5 ay qalsa da, bəzi valideynlər məktəbli forması tədarükünə başlayıb. Övladlarının formalarını vaxtında təmin etmək istəyənlər üçün kifayət qədər paltar tikilirmi?

Ümumi vəziyyəti öyrənmək üçün Bakı Tikiş Evi ilə əlaqə saxladıq. Satış şöbəsinin rəisi Etibar Əzimov bildirdi ki, artıq valideynlər geyim əldə etmək üçün tikiş evinə üz tutur: “Hazırda məktəbli formalarının tikişi davam etdirilir. Kifayət qədər forma ehtiyatımız var. Gün ərzində hələ ki 9-10 dəst paltar satılır. Satış mağazalarımızdan da sifarişlər gəlir. Bir azdan satışlarımızda artım olacaq. Əhali hazırda tətildə, gəzməkdədir”.

E.Əzimovun sözlərinə görə, məktəbli formalarına 2017-ci ildən tətbiq olunan qiymətlərdə dəyişklik yoxdur. O, l-lV siniflər üçün kostyum dəstlərinin 40, Vll-Xl siniflər üçün paltarların 46 manata satıldığını deyib: “Paltar ayrlıqda da satılır. Şalvarlar və yupkalar 15 manat. Kostyumların qiyməti 25 manatdır. Köynəklər dəstə daxil deyil və ayrıca 8 manata satılır. Tikiş üçün parçalar Türkiyədən gətilir və keyfiyyət sertifikatı var. Formalara iki il zəmanət verirlir”.

Bakı Tikiş Evinin paytaxtın 10 mərkəzində satış mağazalarının olduğunu xatırladan E.Əzimov deyib ki, əhalinin gur olduğu yerlərdə satışlar təşkil olunub: “Metronun “20 Yanvar”, eləcə də “Avtovağzal” stansiyalarında satışlar təşkil olunub. Bundan başqa Xəzər, Nəsimi rayonlarında, Buzovna, Mərdakən, Qaradağ, Yeni sahil qəsəbələrində mağazalarımız fəliyyətdədir. İsmayıllı rayonunda seximiz var. Sifariş olanda ordan rayonlara geyim göndəririk. Hansı rayondan tələb olrsa, məktəbli forması göndərmək imkanımız var”.

E.Əzimov BTE-nin yeganə probleminin satışa çıxarılan saxta məktəbli formaları ilə bağlı olduğunu bildirir.

Onun sözlərinə görə, Çində zirzəmi şəraitində tikilən keyfiyyətsiz paltarlar kilo ilə gətirilir və üzərinə BTE-nin emblemi vurularaq əhaliyə satılır: “Çindən gətirilən paltarlar nisbətən ucuz olduğu üçün bəzən valideynlər həmin paltarlara meyllənə bilir. Amma həmin paltarların tikilişinə, keyfiyyətinə baxanda saxta olduğunu asanlıqla görmək mümkündür. Valideyn ucuz paltarı alsa da, qısa vaxtdan sonra keyfiyyətini itirir və məcbur yenisini alır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir