erken nikah

Azərbaycanda nikah yaşı ilə bağlı qanundan necə yan keçirlər?

Baxış sayı: 434

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yerli mətbuata açıqlamasnda bildirib ki, 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır. Onun sözlərinə görə, Yerlərdə icra hakimiyyəti orqanları da nikah yaşının azaldılması ilə bağlı hazırkı istisnanın vəziyyətə mənfi təsir etdiyini təsdiqləyirlər.

Hüquqşünas Ramil Süleymanov bildirir ki, Azərbaycan Respublikası “uşaq hüquqları haqqında ümumdünya bəyannaməsi”ni imzalayıb və ratifikasiya edib. Bu bəyannaməyə görə, 18 yaşına çatmayan istənilən şəxs uşaq hesab olunur. Onun sözlərinə görə, uşaqlar cəmiyyətin elə bir əsas kateqoriyasıdır ki, burada faktiki olaraq,onların xüsusi hüquqları var və bu hüquqların gözlənilməsi şərtdir.

Hüquqşünas Ramil Süleymanov

“Nikah məsələləri Azərbaycan Respublikasının Ailə Məcəlləsində tənzimlənir. Ailə Məcəlləsinin 10-cu maddəsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18-dir. Lakin bəzi hallarda nikah yaşı tərəflərin müvafiq icra hakimiyyəti orqanına müraciət ərizələri əsasında bir ildən çox olmamaq şərti ilə azaldıla bilər. Tutaq ki, tərəflər arasında cinsi akt baş tutub. Və nəticədə qadın hamilə qalmışdır və tez bir zamanda uşağın doğuşu həyata keçiriləcəkdir. Və uşağın doğulmasının həyata keçirilməsindən sonra rəsmiləşdirilmənin aparılması mütləq qaydada qeydiyat şöbələrində olduğu üçün burada tərəflər əgər nikaha daxil olmaq istəyərlərsə, qeydiyat şöbəsi mütləq qaydada icra hakimiyyətinin rəyini nəzərə almalıdır”-deyən hüquqşünas bildirib ki, hazırda qanunlar 18 yaşından aşağı bu sadalanan hallardan başqa digər halları nəzərə almır.

Ramil Süleymanov əlavə edir ki, baxmayaraq ki, qanunda, məcəllənin özündə “nikah yaşının azaldılması ilə bağlı digər faktlar” yazılsa da, heç bir fakt sadalanmayıb.

“Qanunun icrasına həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirilir. Qanunların müddəalarının şərh olunması eyni zamanda Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.

Qanunda nikah yaşının aşağı salınması bu ciddi yayılmalara gətirib çıxaracaq. Və bundan istifadə halları kütləviləşəcək. Ona görə də, uşaq hüquqları haqqında bəyannamənin tərəfdarı olan dövlətin nümayəndəsi olaraq, hesab edirəm ki, 18 yaşın tamamlanması, uşaq yaşının sonu kimi götürülməsi daha məqsədə uyğundur”-deyə hüquqşünas əlavə edir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir