7890

Bağırsaqlar üçün ən faydalı 5 məhsul

Baxış sayı: 1. 582

İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır.

Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu sayda müxtəlif maddələr lazımdır – zülallar, karbohidratlar, vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.

Sizə bağırsaqlar üçün ən faydalı 5 məhsul təqdim edirik:

– Buğda kəpəyi. Bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

– Çuğundur. Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.

– Qoz. Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.

– Kefir. Bu məhsul bağırsaqlarda çürümə prosesləri azaldır, mikrofloranın bərpasına kömək edir.

– Bal. Güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir