narşərab

Beyini stresdən qoruyan qidalar – HƏKİM DANIŞIR

Baxış sayı: 391

Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur. Beynin fəaliyyətini yavaşladır. Hətta unutqanlığa da səbəb ola bilər.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, bəzi qida məhsulları beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir.

Nermine Abbasova

Həmin məhsullardan bəhs edərkən ilk olaraq çuğundur haqda danışan həkim deyir ki, çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır. Həmçinin bu tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.

Beyini stresdən qoruyan qidaların siyahısna narı da daxil edən mütəxəssis bildirir ki, antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır.

Son olaraq sarıkökdən də bəhs edən Nərminə xanım vurğulayır ki, təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi “kurkumin” beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir