xoruz salati

“Qızıl xoruz” salatı necə hazırlanır?

Baxış sayı: 344

Tərkibi:

1 ədəd toyuq döş əti

100-150 qr göbələk

200 qr mayonez

1 ədəd soğan

5 yumurta

200 qr düyü

150 qr qoz

 xoruz salati 1

Hazırlanması:

Toyuq ətini, düyünü, yumurtanı qaynadın.

Toyuğun ətini sümüklərindən ayırın, xırda kubik şəklində doğrayın, yumurtalarıda doğramayı unutmayın:)

Göbələkləri soğanla bərabər xırda doğrayaraq qızardın, və cəvizləri rəndədən keçirdin.

Düyü-mayonez-toyuq-mayonez-göbələk-mayonez-yumurta-mayonez-cəzviz-mayonez şəklində qat-qat düzün.(hər qatı mayonezlə incə incə yağlayın)

Salatın üzərini rəndədən keçrilmiş yumurta sarısıyla örtün və istəyə görə toyuq və ya xoruz şəklində düzəldin.

Qırmızı və yaşıl sarı bibərlə pipiyini quyruğunu düzəldib bəzəyin.

Salatı 1 saat və ya 1 gecə soyuducuda saxladıqdan sonra süfrəyə verin.

P.S: göbələk sevməyənlər qarğıdalı və ya yaşıl noxud konservası istifadə edə bilər.

 

Nuş olsun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir