15178128_1520231251326362_4014261826953069143_n

Beynəlxalq Number One mükafatı kimlərə verildi?

Baxış sayı: 87

Azərbaycanda 4-cü Beynəlxalq Number One mükafatlandırılma mərasimi keçirildi.

Noyabrın 30-da «Kempinski Otel Badamdar»da Number One-İnternational Awards Ceremony Azerbaijan 2016 təntənəsi baş tutdu. Keçirilən sorğular əsasında ilin yekunlarına görə ən müxtəlif sahələrin seçilmişlərinə «Qırmızı xalı» mərasimindən sonra Number One mükafatları təqdim edildi.

Millət vəkilləri (Jalə Əliyeva, Fəzail Ağamalı), biznes («Omy energy») və səhiyyə (İstanbul Estetik Klinikası) qurumları, kino və teatr (Fəxrəddin Manafov, Amaliya Pənahova) xadimləri, müğənnilər (Flora Kərimova, Faiq Ağayev, Ədalət Şükürov, Sevda Yəhyayeva və s.), model (Rüstəm Cəbrayılov) və rəqqasələr (Oksana Rəsulova), TV proqramlar («Xəzər», «Lider», ARB və s. telekanalların xəbər və maqazin proqramları), rejissorlar (Kənan M.M.), gülüş ustaları (Müşfiq Şahverdiyev və Fərda Xudaverdiyev), media qurumları (Trend.az, Day.az, Milli.az, Lent.az, «Bizim yol» və s.) idmançılar (İlham Zəkiyev və Rəfael Ağayev) və məşqçilər (Füzuli Musayev) təltif olundular.

Xüsusi olaraq qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən yaxşı əcnəbi şirkət kimi İtaliyanın «Bompani» şirkəti mükafatlandırıldı, mərasimə İtaliyadan təşrif buyurmuş şirkət təmsilçisinin mərasim təşkilatçılarına Azərbaycan dilində təşəkkür bildirməsi tədbirdə xoş bir ovqat yaratdı.

Bu il ilk dəfə ədəbiyyat üzrə də Number One nominantlığı elan edilmişdi, mükafat yazıçı Varis Yolçuyevə təqdim olundu.

Yazıçı çıxış üçün söz alanda ədəbiyyat adına istənilən mükafatın böyük önəm kəsb etdiyini, cəmiyyətin marağını ədəbiyyata yönəltdiyini vurğuladı.

Beynəlxalq Number One mükafatlandırılma mərasiminin Azərbaycan üzrə layihə rəhbəri teleaparıcı və prodüser Tural Ozandır.
Öz nüfuzunu artırmaqda davam edən layihə ölkəmizdə də uğurla təşkil edildi.

v

one




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir