sosial media

Biznesmenlər üçün sosial mediada 5 bağışlanmaz səhv

Baxış sayı: 388

Sosial şəbəkələr bu gün ən uğurlu marketinq kanallarından biri ola bilər, amma gərək hər şeyi düzgün edəsən. Sizi oxumaları, bəyənmələri və paylaşdığınız linklərə daxil olmaları üçün, hər kəsi qıcıqlandıran səhvlər etməyin.

 

Stock şəkillərindən istifadə etməyin

Stock şəkilləri faydalı ola bilər, amma sosial şəbəkələrdə onlara yer yoxdur. Sizin səhifəniz potensial müştərilərin cəlbi və daimi alıcıların saxlanılması üçün bir vasitədir. Stock şəkillər isə özündə daha çox reklam izləri daşıyır və sizin kontenti istehlakçıdan uzaqlaşdırır.

Bəli, heç də hər kəsin peşəkar fotoqraf xidmətlərindən isitfadə etməyə və ya bahalı rəqəmsal fotoaparat almağa imkanı yoxdur. Amma əslində, smartfon, pulsuz foto editor tətbiqləri və Youtube-dan bir neçə videokurs dərsləri kifayət edir. Budur, sizin səhifəniz canlı illüstrasiyalar ilə zəngindir.

 

“Haştağ”-lar ilə ağ eləməyin

#haştağ – kənar istifadəçilərə sizin kontenti tapmağa imkan verən yaxşı alətdir, əsasəndə, açar sözlərə fokuslanır. Amma əndazəni aşmaq olmaz. Tag-lərin çoxluğu sizin kontenti nəinki spama bənzədir, onlar həmçinin izləyiciləri qıcıqlandıra bilər. Bu isə sizə lazım deyil.

Hashtaglərdən istifadə ağıllı addımdır. Əksər hallarda, 3-5 açar söz kifayət edir. Əgər daha çox lazımdırsa, onda onları ilk kommentdə qoyun və ya əsas kontentdən boş abzas vasitəsi ilə ayırın.

 

Kəskin çıxışlardan yayının

Öz brendiniz adından dərc etdiyiniz kontent, sizin sosial şəbəkələrdəki  öz şəxsi profilinizdə dərc etdiyiniz kontentdən tamamı ilə fərqlidir. Öz müştərilərinizin baxışlarına və hisslərinə hörmət edin – hətta bu fikirlər sizinkilərdən çox uzaq olsa belə. Facebookda ya Tvitterdə adi bir fikir ayrılığına səbəb olan post, neqativ rəylərə, mənfi feedbackə gətirib çıxara bilər. Brandiniz nə qədər çox məşhursa PR-faicənin fəsadları bir o qədər dağıdıcı ola bilər.

Çalışın ki, öz şəxsi fikrinizi ifadə etməyəsiniz, xüsusən də kəskin və münaqişəyə meyilli mövzularda – məsələn din, siyasət. Maksimal dərəcədə nəzakətli və diqqətli olun. Söhbət həm də uğursuz zarafatlara aiddir.

 

Savadlı yazın

Bəli, sizi kommentlərdə qrammatika pərəstişkarı olan insanlar gözləyir ki, onlar böyük sevinclə (amma mülayim olmayan şəkildə) orfoqrafik və ya durğu işarələri ilə bağlı səhvlərinizi sizə göstərəcək və sonra isə səhifəni izləməyi dayandıracaqlar.

Səhvlər sizi qeyri-peşəkar göstərir. Potensial müştərilər düşünə bilər ki, siz yetərincə savadlı deyilsiniz və ya tənbəlsiniz və adi orfoqrafiyanın yoxlanmasına bir neçə  saniyə ayırmaq istəmirsiniz. İzləyiciləri məyus etməyin, mətnlərinizi onlayn korrektorlardan keçirin və ya ən azından Worddə yoxlayın və ya işə korrektor götürün.

 

Aidiyyəti üzrə post edin

Cari baş verən hadisələrdən qaynaqlanan – idman hadisələrindən tutmuş son siyasi xəbərlərlə  qədər – müxtəlif viral xüsusiyyətli video roliklər, postlar və rəngarəng məzmunlu paylaşımlar – ən böyük səhvlərdən biridir. Siz düşünürsünüz ki, bu sizə daha çox izləyici qazandıracaq. Əlbəttə ki, yox.

Sizin biznes və ya industriya ilə bir başa əlaqəsi olmayan xəbərləri rahat buraxın. Əgər istifadəçi kino, idman, siyasət haqqında oxumaq istəsə, bunun üçün ixtisaslaşmış və informasiyanın ilkin mənbəyi olan saytlar var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir