bosanma

Boşanan qadınların sosial problemləri – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 302

Boşandıqdan sonra fərdin sosial münasibətlərində ciddi dəyişikliklər olur. Bunlar, ətrafın ,dostların və ailə üzvlərinin davranıslarında hiss olunur. Qadınlar bu vəziyyətdən kişilərə nisbətən daha çox təsirlənir. Digər tərəfdən, boşanmış qadın və kişilər üçün də ailə üzvləri və qohumlar dəstək olduqları qədər stress və gərginlik qaynağı da ola bilər. Xüsusilə bu hal sosial-iqtisadi vəziyyəti aşağı ailələr üçün keçərlidir.

Bu yerdə boşanmış qadın, dəstək üçün qohumlarına arxalandıqca asılılıq hissləri güclənir. Ya da ailə üzvləri bu vəziyyəti lazımlı qoruyucu bır prosesi kimi görür.

Boşanmış insanların əhəmiyyətli hissəsinin, dostluq tellərinin boşandıqdan sonra qopduğu müəyyən edilmişdir. Evli dostların boşanmanı təsdiq etməmələri və ya boşanmış qadını öz ailələrinə təsir kimi qəbul etmələrindən dolayı onlarla yoldaşlığını kəsirlər. Ya da bəzən boşanmış qadın belə bir səhv qavrama görə özünü evli yoldaşları ilə fərdi olaraq görüşməyi üstün tutur.

Boşanmış qadınların yoldaşları daha çox qohumlarından və ya qadının sosial statusundakı şəxslərdən seçdikləri müşahidə olunur.

Hazırda inkişaf etmiş qərb cəmiyyətlərində boşanma, cəmiyyət tərəfindən əvvəlki kimi utanılacaq bir vəziyyət olaraq görülmür. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə boşanmış insanlara qarşı mənfi münasibətlər daha sıx olur. İqtisadi vəziyyəti özünə yetən və özünə güvənən xanımlarda bu proseslər çox daha az baş verir.

 

Vüsalə Babayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir