aile

Boşanma haqqında 10 əfsanə və həqiqət

Baxış sayı: 247

Fikirləşirsiniz ki, boşanma həyatınızı dagıdacaq, yaxud əksinə, bütün problemlərinizi həll edəcəkdir? Psixoloqlar Amerikanın “Kosmopoliten” jurnalında belə fikirləri yaxın qoymamagı məsləhət görürlər. Əks təqdirdə siz qəzəb, ruh düşkünlüyü hiss edəcək, özünüzü günahkar, ya da məzlum sayacaq və toxtaya bilməyəcəksiniz. Sizin qarşınızda həm kişilərə, həm də qadınlara xas olan boşanma haqqında 10 ən təhlükəli yanılmalar vardır. Bu boş fikirlərdən imtina edin. O zaman özünüzə bir qurban kimi baxmayacaqsınız.

 

1-ci xəyal: “Bu uzunqulaqdan boşansam, bütün problemlərim həll olunur.”

Gerçəklik: Problemlərinizin səbəbkarı saydıgınız adamdan boşanan təkin sizi bir çox xoşa gəlməz sürprizlər gözləyir. Siz müvəqqəti yüngüllük hiss edəcəksiniz, lakin tezliklə görəcəksiniz ki, nəsə əvvəllər oldugundan xeyli pisləşmişdir. Çox güman siz mənzil, pul, uşaqların tərbiyəsi, ümumi dostlarla ünsiyyət kimi problemlərlə üz-üzə gələcəksiniz. Bəzi problemlərin yox olub, digərlərinin meydana gəlməsinə hazır olun.

 

2-ci xəyal: “Mən öz həyat yoldaşımla bədbəxt idim, boşanandan sonra, xoşbəxt olacagam.”

Gerçəklik: Nikahlar xam xəyalların ucbatından, həyat yoldaşının ehtiyaclarını başa düşmək istəməməkdən, qarşılıqlı incikliklərin yıgılıb qalmasından və bir-biri ilə açıq və qəzəbsiz danışmaq qabiliyyətinin olmamasından pozulur. Bədbəxtliyin burada günahı yoxdur. Bütün bunları araşdırmasanız, sizin xoşbəxt gələcəyə inamınız Şaxta babaya olan inamdan artıq deyil.

 

3-cü xəyal: “Bu boşanma mənim əqlimi tam çaşdıracaqdır.”

Gerçəklik: Boşanma agır şeydir. Əgər başqaları heç nə başa düşməsin deyə öz hisslərinizi gizlətsəniz, dəli olarsınız. Hisslərinizi indi gizlətməklə özünüzü üzrsünüz. Yaranın irinləməsinə yol verməkdənsə, bunun qabagını dərhal almaq lazımdır.

 

4-cü xəyal: “İndi hamı mənim qaraqabaq oldugumu düşünəcəkdir.”

Gerçəklik: İndi boşanma normal hadisə sayılır. Belə ki, hər iki nikahdan biri bununla bitir. Görəcəksiniz ki, adamların əksəriyyəti sizin boşanmanıza çox sakit münasibət bəsləyir.

 

5-ci xəyal: “İndi boşanıb dul qaldıgım vaxt məni xoşbəxt edəcək adam vardır.”

Gerçəklik: Heç kəs sizi xoşbəxt etməyəcəkdir. Adətən tərəf müqabil də sizdən bunu gözləyir. Ən ugurlu nikah iki nəfərin öz-özlüyündə xoşbəxt olmalarından başqa, bir-birləri ilə də xoşbəxt olmaq istəmələridir.

Oxu.az - Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

6-cı xəyal: “Əgər adam boşanmagı tələb edirsə, deməli kənarda onun kimisə vardır.”

Gerçəklik: Bu çox da vacib deyil. Kişinin məşuqəsi oldugundan boşanmaq istəməsinə (və ya qadının) olan inamınız əsassız ola bilər.

 

7-ci xəyal: “Boşanma qadınlara nisbətən kişilərə daha az toxunur.”

Gerçəklik: Agrı- agrıdır, nə kişi, nə qadın. Onun üçün də boşanmaq tənhalıq, zəiflik və vicdan əzabı deməkdir. Kişilər də sevgi və baglılıq arzusundadırlar. Boşanarkən bu iki mühüm şeyi itirərək onlar heç də qadından az əziyyət çəkmirlər.

 

8-ci xəyal: “Bizim boşanmamız səmimi olacaqdır. Biri-birimizə heç bir iddiamız yoxdur.”

Gerçəklik: Əgər siz sevmədən ailə qurmuşsunuzsa, o vaxt dostyana boşanma mümkündür. Əgər ailə qurarkən hisslərinizi əldə rəhbər tutmuşsunuzsa?… Zahirən elə görünə bilər ki, siz yaxşı dostsunuz, lakin məsələ uşaq puluna çatdıqda, yaxud sizdən birinizin sevimlisi meydana çıxdıqda, digərinin qısqanclıqdan ürəyi partlamaq dərəcəsinə çatdıqda görəcəksiniz ki, bu xam xəyal imiş. Boşanmadan sonrakı ilk vaxtlarda hər cür xoşagəlməz şeydən qorunmaq lazımdır. Ən yaxşısı əvvəlki həyat yoldaşınızla heç bir əlaqəsi olmayan əyləncə tapmaqdır.

 

9-cu xəyal: “Boşandıqdan sonra heç kəs məni artıq sevməyəcək və mən tək qalacagam.”

Gerçəklik: Adətən boşanmadan sonra hər beş nəfərdən dördü kimisə tapır, ona vurulur; sonra isə evlənir. Lakin özünüzə təlqin etsəniz ki, (tərk edilmisinizsə) heç kimə lazım deyilsiniz, o vaxt qarşılaşdıgınız hər bir kəsə onun sevgisinə layiq olmadıgınız barədə siqnallar göndərəcəksiniz. Bu isə tənha qalmaq üçün ən etibarlı zəmanətdir.

 

10-cu xəyal: “Mən artıq çox qocalmışam, nə isə dəyişmək vaxtı deyildir. Çoxdan boşanmalıydım. İndi isə ən yaxşı illərim ötmüşdür.”

Gerçəklik: Əgər siz belə köhnə fikirli olsanız, o vaxt heç zaman öz vəziyyətinizi yaxşılaşdıra bilməyəcəksiniz. Psixologiya, fiziologiya sahəsində tədqiqatlar öz yaşınıza müvafiq nəzərə çarpacaq dərəcədə əvvəlki iddiaları təkzib etmişdir. Başa düşün: hər şey sizin neçə yaşınızın olmasından yox, onları nəyə görə saymaqdan asılıdır.

Uşaqlar niyə dırnaqlarını yeyir? - Səbəblər | TurpKimi.com

Boşanmanın nəticələri əvvəlcə keçirəcəyiniz qorxu və əziyyətdən xilas olmagınıza imkan verməyəcəkdir. Lakin bu biliklər sizə özünüzü qurban kimi qəbul etməyə, əksinə bu agrı keçdikdən sonra özünüzlə və öz əyləncələrinizlə maraqlanmaga kömək edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir