AILE

Bu 5 əlamət münasibətləri qırılma nöqtəsinə gətirir – PSİXOLOQ DANIŞIR

Baxış sayı: 1. 023

Cütlüklər arasındakı əlaqələr birdən-birə, heç nədən pozulmur. Bunun üçün mütləq əsaslı səbəblər olmalıdır. Problem bundadır ki, tərəflər çox zaman səbəbləri araşdırmır, əlamətləri isə ümumyyətlə, görməzdən gəlirlər.

PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı münasibətlərin qırılma nöqtəsində olduğunu xəbər verən 5 əlaməti qeyd edir. və bildirir ki, əgər tərəflər zamanında bu əlamətlərə diqqət etmiş olsalar, ya onları düzəltməyə çalışar, ya da münasibətlərinin artıq davam edə bilməyəcəyini anlayıb xoşluqla ayrıla bilər. Bunun üçün sadəcə, tərəf-müqabilin davranışlarına diqqət etmək lazımdır. Davranışlar münasibətlərin gələcəyi barədə xəbərdarlıq edir.

Almara

 

 

 

Əlamətlərdən də bəhs edən mütəxəssis deyir ki, birincisi, tərəf-müqabiliniz mütəmadi sizi tənqid edir və bunu sizə hörmət qoymadan, inciyə biləcəyinizi düşünmədən, buna əhəmiyyət vermədən edirsə, təhlükə qapıdadır.

Psixoloqun sözlərinə görə, ikincisi, əgər siz özünüzü daha ağıllı, daha bilikli hesab edib, bunu tərəf-müqabilinin üzünə vurursunuzsa, duyğularını görməzdən gəlirsinizsə, ayrılacağınız ehtimalı böyükdür.

Almara xanım qeyd edir ki, üçüncüsü, bir insan digəri ilə münasibətlərini davam etdirməkdə israrlıdırsa, qarşı tərəfin də münasibətləri davam etdirmək istəyində olduğunu bilməlidir. Çünki birtərəfli çabalar ancaq uğursuzluq gətirə bilər. Birtərəfli istək, birinin davamlı əsəbi olmasına, digərininsə bezməsinə səbəb olacaq.

Mütəxəsisin fikirincə, dördüncüsü, tərəflər arasındakı fikir ayrılığıdır. Münasibətlərin nə dərəcədə möhkəm olmasını fikir ayrılıqları yaranan zaman tərəflərdən birinin digərinə güzəştə getməsi deyil, hər iki tərəfin fərqli fikirləri, fərqli mövqeyi qəbul etməsi, anlayışla qarşılamasıdır.  Tərəflər arasındakı münasibətlər  birinin alçalmasına, digərinin yüksəlməsinə deyil, qarşılıqlı şəkildə yüksəlişə səbəb olmalıdır.

Psixoloq vurğulayır ki, beşinci önəmli əlamət isə tərəf-müqabili isə fiziki bağlantının arzu olunmamasıdır.  Əgər tərəf-müqabilinizə qarşı fiziki yaxınlıq hiss etmirsinizsə, belə bir arzunuz yoxdursa, münasibətləri davam etdirməyə dəyməz. Bu əlamət münasibətlərin anormal gedişatından xəbər verir.

 

Hazırladı: Məsudə Sultan




3 şərh “Bu 5 əlamət münasibətləri qırılma nöqtəsinə gətirir – PSİXOLOQ DANIŞIR

  1. Nurlane

    Ekspert cox yaxsi movzuya toxunub. Elametler belke de 5-den daha coxdur ancaq yaxsi movzudur. Sag olun

    Cavabla
  2. Serdar Salahov

    İndi münasibetləri o qədər müxtəlif şeylər korlayır ki, belə demək olarsa, at izi, it izinə qarşır. Yenə də maarifləndirdiyiniz üçün təşəkkür edirəm, Almara xanım

    Cavabla
  3. Sevil Memmedli

    Indi ele dovrdu ki mence munasibetleri tenzimlemekde ,utexessis reyi boyuk rol oynayir

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir