adlar

Bu il doğulan uşaqlara ən çox verilən adların STATİSTİKASI

Baxış sayı: 1. 562

2016-ci ilin yanvar ayı ərzində uşaqlara ən çox qoyulan adlar məlum olub. “Gencaile.az” saytı Ədliyyə Nazirliyinə istinadən bildirir ki, ilin başlanğıcından bu günə qədər 24 oğlan uşağına Yusif adı, 27 qıza isə Nuray adı verilib. Sonrakı pillələrdə oğlan uşaqlarına verilən adlardan Hüseyn (21), Əli (20), Ömər (15), Məhəmməd (13), Ayxan (12), Murad (12), Emil (9), Tunar (9) adları, qız uşaqlarına verilən adlardan isə Zəhra (22), Zeynəb (20), Fatimə (17), Məryəm (17), Dəniz (16), Aylin (14), Ayan (12), Mələk (12), Səma (12) gəlir.

Həmçinin yanvar ayı əzrində doğulan 7 oğlan, 2 qız uşağına Adsız adı verilib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 3503 qız uşağına Zəhra, 3547 oğlan uşağına isə Yusif adı qoyulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir