f308bc2e03adb10d8a8040f748c2cdf1

Bu il uşaqlara daha çox hansı adlar qoyulub?

Baxış sayı: 1. 767

Bu ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən  verilən məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusif adıdır. Belə ki, 1841 uşağa Yusif adı qoyulub. Digər üstünlük təşkil edən oğlan adları isə Hüseyn (1300), Əli (1220), Ömər (978), Məhəmməd (756), Tunar (745), Murad (734), Ayxan (698), Uğur (677), İbrahimdir (497).

Bu ilin 8 ayı ərzində qız uşaqlarına qoyulan adlar arasında populyarlıq qazanan ad isə Zəhra adıdır. Belə ki, 1611 nəfərə bu ad verilib. Digər üstünlük təşkil edən qız adları isə Nuray (1249), Fatimə (1051), Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səmadır (592). (apa)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir