proqram

Bu proqramı telefonunuzdan dərhal silin!

Baxış sayı: 1. 430

“App Store” və “Google Play”da yayılan “Who Viewed Your Profile – InstaAgent” adlı tətbiqetmədən istifadə edənlərin profil məlumatları təhlükə altındadır.

“İnstagram”dakı profilinizə kimin baxdığını göstərdiyini iddia edən bu proqramın ad və şifrənizi tamamilə yad bir ünvana göndərdiyi məlum olub. Bundan başqa proqram profilinizdə sizin xəbəriniz olmadan fotolar paylaşa bilər.

Yarım milyondan çox insanın yüklədiyi tətbiqetmə artıq “Apple” və “Google”un marketlərindən yığışdırılıb.

Lakin əgər bu vaxta qədər həmin proqramı telefonunuza yükləmisinizsə, dərhal silin və şifrənizi dəyişin. Başqa sosial şəbəkədə də eyni şifrədən istifadə edirsinizsə, onu da dəyişməyiniz vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir