etir

Bu qış ovsunlayıcı ətirlərə bürünün: Ağılları başdan alan 4 ətir

Baxış sayı: 1. 008

Ətirlər özünü ifadə vasitəsidir. Onlar xanımların daxili aləmini, ən gizli arzularını, ən böyük ambisiyalarını sözsüz şəkildə dilə gətirər. Ətirlər qadının gözlə görünməz, lakin ən güclü silahıdır. Ətir  sizdən öncə gəlişinizdən xəbər verər, qarşıdakı insanı tərki-silah etməyə yetər, siz gedəndən sonra da onun dincliyini əlindən alar, unudulmağınıza əsla izn verməz.  Ətir bir imzadır, yetər ki, öz imzanızı tapa biləsiniz.
Qoxu marketinqinə əsaslanan araşdırmalarda deyilir ki, görüntü üzrə yaddaş 4 aydan sonra 40% yadda qalır, amma qoxu yaddaşı 1 il sonra bele 60% yaddaşlarda həkk olunur.

Bəs, əgər bu ətirləri dahilər məhz yaddaşlardan silinməmək üçün yaradıblarsa, onda necə?

 

VERSACE BRİGHT CRYSTAL (PARLAQ BÜLLUR)

Bu ətir Donatella Versaçenin ən çox sevdiyi çiçək ətirlərinin qarışığından ilhamlanaraq yaradılan yeni və həssas bir parfümdür. Təravətləndirici yuzu meyvəsinin və sakitləşdirici nar çiçəyinin çalarları əsrarəngiz bir ahəng yaradır. Pion, maqnoliya və lotus (nilufər) çiçəkləri soyuq notları, müşk və kəhrəba isti notları ilə ətrə fərqli bir gözəllik verir.

Qiymət: Bright Crystal 90 ml – 191 AZN, Bright Crystal 50 ml  – 146 AZN

Image result for versace bright crystal

GOOD GİRL – CAROLİNA HERRERA 

Ağ və qara, yaxşı qız və pis qız. Good Girl – müasir qadının və müasir yaşam tərzinin yaratdığı təzad və ecazkar qarşıdurmadan doğan həssas və şəhvətləndirici bir qoxudur. Özünün qeyri-adi və təəccübləndirici tərkibi nəticəsində bu yenilikçi ətir qadın təbiətinin tərəddüdlərini inanılmaz şəkildə əks etdirir, qadının tünd xasiyyəti ona qaranlıq, xəfif ədaları isə parlaqlıq gətirir. Yasəmənin şirin və çəkici xüssusiyyətləri ona bu işıltını bəxş edir, tünd notlar isə zəngin kakao və sərxoşedici tonka sayəsində yaradılıb. Badəm və qəhvə çalarları isə ətrə xüsusi canlılıq gətirir.

GOOD Girl – onu seçəcək xanımın zəhmətsiz eleqantlığını və zəkasını təcəssüm etdirir.

Qiymət: GOOD GIRL 80 ml  – 260 AZN, GOOD GIRL 50 ml – 198 AZN, GOOD GIRL 30 ml – 139 AZN

Image result for good girl carolina herrera

CHLOÉ L’EAU EAU DE TOİLETTE

Öz yolunu tapmağa çalışan qadının işıqsaçan gözəlliyi. Sizə yeni Chloé L’Eau Eau de Toilette ətrini təqdim edirik. Bu ətir qadın tərəfindən irəli sürülən yeni bir müstəqillik elanıdır sanki, bununla da ətir işıqlı, zərif və xəfif bir görünüşə bürünür.  L’Eau – təbiətin sonsuz lütfü və özü ilə tükənməz bir vəhtəddə olan qadının təzahürüdür. L’Eau al mərcan çalarlarının və parlaq çəhrayı partlayışının unudulmaz birliyidir, maqnoliyanın axıcı və təzə cazibə qüvvəsi isə onu yaddaşlardan silinməz edir.

Aromat notları: üst – liçi, qreypfrut, orta notlar – qızılgül, maqnoliya, yosun, təməl notlar – sidr ağacı esensiyası, müşk, kəhrəba

Qiymət: Chloé L’Eau  30 ml – 116 AZN, 50 ml – 162 AZN

Image result for chloé l'eau eau de toilette

SÌ PASSİONE – GİORGİO ARMANİ

“Giorgio Armani”nin zərif cins üçün yaratdığı yeni ətri –  “Sì Passione”yi özünüz üçün kəşf edin. Bu meyvə və çiçək qoxulu, qığılcım kimi ətrafa yayılan ətir, özündə həm də qızılgül və vanil oduncağının notlarını daşıyır, azad, ehtiraslı və incə qadınlar üçün yaradıllb.

Ətrin al-qırmızı rəngli şüşəsi isə elə ehtirasın mahiyyətini əks etdirir. Cənab Armaninin öz sözləri ilə desək bu ətir “zərafətin, gücün və ruh azadlığının qarşısı alınmaz birləşimidir”.

Qiymət: Sì Passione 30 ml – 120 AZN, Sì Passione 50 ml – 150 AZN , Sì Passione 100 ml -200 AZN

Image result for si passione perfume




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir