goz

Bulanıq görmənin səbəbi bu xəstəlik ola bilər

Baxış sayı: 379

Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Op. Dr. Adnan İpçioğlu, qan şəkərində ani artım və azalmaların gözün sinir təbəqəsi olan tor qişadakı damarlara təsir edərək diabetik retinopatiyaya səbəb olduğunu söyləyib.

Xüsusilə 10 ildən çox şəkər xəstəsi olan insanlarda diabetik retinopatiya halları artıb.

Həkim əlavə edib ki, bütün şəkərli diabet xəstələri üçün göz xəstəliyinə tutulma riski var:

“Diabetli hər kəs ildə ən azı bir dəfə hərtərəfli göz müayinəsindən keçməlidir. Uzun müddət şəkərli diabetdən əziyyət çəkən insanda diabetik retinopatiyaya tutulma riski artır. Xüsusən də göz dibi müayinəsi tor qişada olan dəyişikliklərin erkən mərhələdə təsbit edilməsini təmin edir və xəstəyə müvəffəqiyyətli müalicə imkanı verir.

Erkən mərhələdə aşkarlanması müalicənin uğurunun açarıdır. Şəkərli diabetin ilkin mərhələlərində tez-tez bulanıq görmə şikayətlərinə rast gəlinir. Bu, retinopatiya deyil, qanda qlükoza səviyyəsinin yüksək olması ilə bağlı ola bilər. Qanda qlükoza səviyyəsinin normallaşması bir neçə həftə çəkə bilər və nəzarət əldə edildikdə, bulanıq görmə yox olur”.

 

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir