Sebnem Endelifova

Cinsi istismara məruz qalan uşağa necə kömək edə bilərik?

Baxış sayı: 362

Cinsi istismara məruz qalan uşaqlar bəzən özlərinin yerinə başqa uşaqdan danışırlar. Uşaqlarda davranış dəyişikliyi özünü göstərir. Belə olan halda mən uşaqlardan xahiş edirəm ki, mümkün neqativ pis ssenariləri beynlərində təsəvvür edərək seanslarımda nağıl və hekayələri tamamlasınlar. Uşağın burada qabaqcadan gördüyü mənfi nəticə onun yüksək nisbətdə yaşadığı təcrübədən üzə çıxacaq. Belə həssas məsələdə böyüklərin əsas vəzifəsi uşaqların zorakılığı nümayiş etdirmək qabiliyyətinə malik olduğuna inanmaq və vəziyyətə ciddi yanaşıb bir mütəxəssisə müraciət etməkdir. Çünki uşaqlar belə bir hekayə uydurmaq üçün lazım olan intellektual və cinsi təcrübəyə malik deyillər.

 

 Cinsi istismara məruz qalan uşağı necə tanıya bilərik?

  • Təcavüzkar uşaqla bu əlaqəni davam etdirmək üçün uşaqla gizli dialoq qurur və uşaqda keçmişə nisbətən introvert, təmkinli, anormal davranışlar inkişaf edir. Zorakılıq edən şəxs yetkin və güclü olması ilə uşağa psixoloji təzyiq yaradaraq “Sən burda olanları danışsan belə sənə kimsə inanmaz” bu kimi sözlərlə  inandırmağa başlayır.
  • Ailənin vəzifəsi uşaqların cinsi zorakılığı müəyyən etmək və ya nümayiş etdirmək qabiliyyətinə inanmaq və vəziyyəti ciddi qəbul edib mütəxəssisə müraciət etməkdir. Çünki uşaqlar belə bir hekayə uydurmaq üçün lazım olan intellektual və cinsi təcrübəyə malik deyillər.
  • Cinsi istismar tarixi olan uşaqların cinsi həyatı erkən başlaya bilər, rəsmlərində cinsi elementlər yer alır,  gənc yaşda pornoqrafiya olan şəkillərlə maraqlana bilər, və ya cinsi mövzulara tamamilə maraq göstərməmək özünü buruzə vərə bilər.
  • Zorakılıqda yaşanan travmatik hadisə uşağın özünü və qavrayışını zədələyir və affektiv prosesin pisləşməsinə səbəb olur. Hadisə ilə bağlı təkrarlanan, narahatedici fikirlər, qorxulu yuxular görmə  və konsentrasiyada çətinlik, Xatırlanılan  obyektlərə qarşı güclü psixoloji sıxıntı və ya hadisəni xatırladan insanlardan, görüntülərdən və söhbətlərdən qaçınma hallarına da rast gəlinə bilər.
  • Cinsi istismara məruz qalan uşaqlarda depressiyaya düşmə və ya ailə üzvlərindən,dostlarından uzaq olmaq, təkrarlanan atipik ağrılar, özünə zərər verən davranışlar görülə bilər. Belə uşaqlarda gələcəyə dair mənfi düşüncələrin olduğu, özünə inamının aşağı olduğu müşahidə edilir.
  • Cinsi zorakılığa məruz qalan uşaqların davranışları qeyri-ciddi, ya çox vasvası, ya da səliqəsizdir. Tanımadığı insanlara qarşı qeyri-adi davranır, ya çox yaxındır, ya da çox utancaq və qorxaqdır, çox yaxşı xasiyyətlidir və ya təxribatçıdır.
  • Cinsi istismara məruz qalan oğlanlarda ən çox görülən davranış reaksiyası aqressiv davranışların inkişafıdır. Cinsi istismara məruz qalan qızlarda ən çox görülən davranış reaksiyası aşağılıq hissləri və özünə zərər verən davranışlardır.

 

Bəs nə etməliyik?

  • Məhrəmiyyət duyğusunu öyrədin.
  • Uşağınız üçün xüsusi bir sahə təyin edin. Özəl bölgələrinə baxmaq istəyəndə nəzarətinizdə olan o nahiyəyə getsin.
  • Ona otağınıza icazə ilə girməyi öyrədin.
  • Ona hamamın qapısını bağlı saxlamağı öyrədin.
  • Uşağın məhrəm sahələrinə toxunmayın.
  • Heç vaxt cinsiyyət orqanlarını oyun obyektinə çevirməyin. Oğlan uşağı olan analar uşağın bezini dəyişərkən özəl nahiyələrini öpməməlidir. Uşaq hər toxunuşu kodlayır.
  • Uşaq üçün xüsusi bir yer müəyyənləşdirin. Paltarlarını həmişə eyni yerdə fərdi olaraq dəyişdirin.
  • Yox deməyi öyrədin. Misal üçün. Tanımadığın biri sənin yanına gəlib “Gəlin birlikdə parka gedək dediyi zaman, yox deməlisən” və s. Uşağınızı xaricdən gələ biləcək təhlükələrdən qoruyun.
  • Empatik olun ki, sizinlə hər cür sirri paylaşsın və cinsi marağından suallar verə bilsin. Unutmayın ki, zorakılıq edənlər uşağınızı təhdid edə bilər.
  • Uşağınıza inanın. O, düşünə bilər ki, sizə hekayəni danışsa, ona inanmayacaqsınız.

Uşağınızı əmin edin və əmin olun ki, o, həmişə sizinlə rahat olacaq.İnanın, uşaqlar bu barədə heç vaxt yalan danışmırlar!

 

Şəbnəm Əndəlifova

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu

shabnam.aliyeva95@gmail.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir