sEBNEM eNDELIFOVA 1

Cizgi filmlərində gizlənmiş subliminal mesajlar

Baxış sayı: 556

Əziz valideynlər 0-6 yaş dönəmi uşaqların, həyatında mühüm və özünəməxsus yerə malikdir. Erkən yaşdan etibarən  uşaq  bütün bilik və bacarıqlarını  ailə üzvlərindən əldə edir. Bu uşağın həm fiziki, həm də mənəvi inkişafına təsir edir.

Müxtəlif hazırlıq səviyyəsi olan uşaqlar vericilərdən alınan məlumatları öyrənməyə başlayır. Uşaq səhv, yaxşı , pis arasındakı fərqi görmür. Uşaq dünyaya ünsiyyət etməyə hazır olan bir şəkildə gəlir və rast gəldiyi  hər kəsi  təqlid edir, yamsılayır. Erkən yaşlarda öyrəndikləri,  gördükləri gələcəyində  şəxsiyyətində öz əksini tapır. Uşağın sosial, mənəvi, əxlaqi və ruhi sağlamlığında ailə ilə keçirtdiyi zamanla bərabər, televiziyada  və ya komputerdə izlədikləri cizgi filmləridə özünə məxsus yerə malikdir. Uşağın məktəbdən kənar həyatı, ictimai mühit və ən təsirli Kütləvi informasiya vasitələri həmişə onlara təlimat verir və öyrədir. Kütləvi informasiya vasitələrini (media) televiziya, radio, kitablar, jurnallar, qəzetlər, filmlər, video oyunlar əhatə edir.

Cizgi filmlərinin funksiyaları öyrətmək, həqiqəti göstərmək, əyləndirmək və inkişaf etdirməkdir . Təəssüf ki, hər bir karikatura bu funksiyaları yerinə yetirə bilmir. Cizgi  filmlərində ki, obrazlar hər zaman müsbət mesajları şüuraltına  ötürmür. Digər mesajlardan daha sürətli və daha böyük olan subliminal mesajları var. Karikatura ölümü, cinsəlliyi, şiddəti, mənfi hissləri  gizli şəkildə  insanın şüuraltına göndərir.

  • Niyə cəmiyyətimizdə ən aktual məsələ davranış pozuntusudur?
  • Niyə bügün valideynlər övladlarının daha aqresiv olduğunu vurğulayır?
  • Niyə bacı qardaş qısqanclığı artıb?
  • Niyə “kaşki əvvəlki zaman” olardı deyirik?

cizgi filmi

Bunların hamısının səbəbi uşaqların istədikləri, valideynlərin seçim etmədən izləməyə icazə verdikləri cizgi filmlər və cizgi film kanallarıdır. Uzun müddət uşaq  kiminlə zaman keçirirsə  onun  vərdişlərini və davranışlarını mənimsəyir. Cizgi filmlərində ki karikaturaların xüsusiyyətlərini də, bu şəkildə öz üzərində tətbiq edir. Televiziya uşaqlara informasiya ötürür bu zaman  uşaq sorğu  sualsız yeni informasiyanı qəbul edir. Cizgi filmlərinin göndərdiyi mesajlar  rəngli və hərəkət edən stimullar olduğu üçün  daha həlledici rola malikdir. Uşaqlar və yeniyetmələrdə spirt, siqaret və “maddə”nin istifadəsi, oğurluq, məktəb müvəffəqiyyətinin azaldılması problemlərini araşdırdığımız zaman  bunun mərkəzində cizgi filmləri, radiolar, televiziya və ya videokliplərdə eşidilən və tesvir olunan  riskli davranışların olduğunu görürük.

Televiziyanı evdən qadağan etmək və ya uşaqları televiziya izləməkdən çəkindirmək həll yolu deyildir. Valideynlər televiziya seyrini məhdudlaşdırmaq prinsipini almalıdırlar. Bəli, uşaq əvvəlcə ailəni təqlid edir. Bunun üçün valideynlər kollektiv olaraq oxumaq, müzakirə etmək, söhbət etmək, müxtəlif faydalı əyləncə fəaliyyəti tapmaq, ənənəvi uşaq oyunlarını oynamaq və bir-biri ilə xüsusilə də uşaqları ilə daha çox maraqlanmağı  vərdiş halına salmaq lazımdır.

Valideynlər həmçinin uşaqları televiziya proqramlarında, cizgi filmlərində və reklamlarda olan məlumatları qiymətləndirmək işini birgə etməlidirlər. Uşaqlarınız cizgi film izlədikləri zaman onlarla bərabər izləyib, yeni obraz və hərəkətləri müzakirə etmək  ən doğrusudur.

Çarli Çaplin deyir ki, bəşəriyyət və kəşfiyyatdan daha çox şəfqət və xeyirxahlıq lazımdır. Onsuz olmadan həyat şiddətlə doludur və biz hər şeyi itiririk .

 

Şəbnəm Əndəlifova

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu

shabnam.aliyeva95@gmail.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir