toy

Dəbdəbəli toy yeni qurulan ailə üçün nə vəd edir?

Baxış sayı: 184

Gənclərin ən böyük arzularından biri də toylarında hər şeyin yerli-yerində olmasıdır. Halbuki bu təbii arzu çox vaxt səhv addımlara gətirib çıxarır. Yəni, tərəflər çox böyük xərclər çəkərək toyu daha da şadlandırmağa çalışırlar. Əgər tərəflərin iqtisadi mənada heç bir problemləri yoxdursa, bunun evlilik üçün elə bir ziyanı yoxdur. Ziyanı yoxdur deyirik, ancaq xeyri var da demirik.

Bəlkə də dəbdəbəli bir toyun evliliyin ilk dövrlərinə müəyyən təsiri olur. Ancaq, toyun evliliyin əsas prinsipləri ilə heç bir əlaqəsi olmadığı üçün zaman keçdikcə bu təsirlər də keçib gedir. Bununla yanaşı, iqtisadi mənada özünü buna məcbur edən tərəflər də var. Belə ki, onlar yersiz xərclərlə dəbdəbəli toy etməyə çalışırlar.

toy

Nəticədə, bu toyun evlilik prosesinə heç bir müsbət təsiri də olmur. Əksinə, toy ərəfəsində kəmərlərini sıxan tərəflər toydan sonra kəmərlərini boşaltmaqda çətinlik cəkirlər. Bu isə get-gedə müxtəlif problemlərin meydana çıxmasına səbəb olur.

Ona görə də, unutmaq olmaz ki, evlilik üçün lazım olan əsas şərtlərdən biri bir-birini olduğu kimi qəbul etmək və qarşılıqlı anlayışdır. Bu isə eyni zamanda qarşı tərəfin iqtisadi vəziyyətini də qəbul etmək deməkdir. Elə isə başqalarını xoşbəxt etmək üçün evlənmədiyiniz kimi, başqaları üçün evliliyinizi təhlükə altına atmayın.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir