Geyim

Dəbdən heç vaxt düşməyən qış trendləri – FOTOLAR

Baxış sayı: 392

Artıq bir neçə həftədir ki, mağazalarda qış endirimləri başlayıb. Endirimlərdən faydalanmaq gözəldir, lakin alış-verişi məntiqlə etmək lazımdır ki, pullarınız havaya sovrulmasın, ucuzdur deyib aldıqlarınız dolabınızın ən görünməz küncündə itib-batmasın.

“Gencaile.az” “Publika.az”-a istinadən oxucuları qışın əsas dəb tendensiyalarıyla tanış edib. Hansı ki, onları illərlə geyinmək olar.

 

Klassik hündürbel şalvarlar

Что в моде осенью 2017: только главные и применимые к жизни тренды

Klassik hündürbel şalvarlar qışın əsas trendlərindən biridir. Təkcə şalvarlar deyil, yubkalar və cinslərin də hündürbel versiyası aktualdır. Bu tərz geyimlər silueti viziual olaraq uzadır, ayaqları daha biçimli, obrazı isə ümumilikdə müasir və çox dəbli göstərir.

Şalvarların modeli müxtəlif ola bilər: Uzun və geniş, balaqları qısa və ya enli, siqaret fasonu, birbaşa, korset kəmərli və s. Belə şavlarları daha maraqlı etmək üçün belinizi son illərin trendi olan enli qayışların köməyi ilə vurğulayın.

 

Pencək, kostyum

Что в моде осенью 2017 модные брючные женские костюмы осень 2017 фото

Kostyum və pencəklər öz hakimiyyətini bu il də davam etdirəcək. Kostyum kişi geyimi sayılsa da, onların klassik və eleqant modelləri ilin birnömrəli trendləri siyahısındadır. Hər markanın kolleksiyasını bəzəyən pencəklər illər keçsə də, dəbdən düşən deyil. Köhnə Hollivud filmlərdində aktrisaların obrazlarını yada salın, 20, 30 və 40 il keçib. Amma onlar hələ də təqlid istəyi doğurur. İstər tvid, istər məxmər, istər yun, istərsə də digər materiallardan olan tək rəngli və ya damalı versiyaları eyni dərəcədə nəcib görünürlər. Dizaynerlərin çoxşaxəli versiyaları və rəng çeşidləri imkan verir ki, aralarından özümüzə yaraşan birini seçək.

Что в моде осенью 2017 модные блейзеры 2017 фото

Kostyumların universallığı ondadır ki, istənilən geyimlə birləşdirə bilərik: palto, plaş, sırıqlı kurtka, dublyonka, süni xəzlər, romantik bluzlar, qalın və boş sviterlər, vodolozkalar, tufli, krosovkalar və ya hündürdaban çəkmələr. Bleyzerlərin üstündən nazik kəmər bağlanmaq çox qəbul edilməsə də, dəbdədir.

Digər vacib məqam odur ki, pencəyin keyfiyyətinə, tikilişinə, çiyinlərinə, əyninizdə necə oturmasına, hətta düymələrinə qədər hər xırda detala fikir verməlisiniz. Həddən artıq boş kostyumlar tez ötüşən trendlərdən olduğu üçün onlara pul xərcləməyə dəyməz.

 

İrihəcmli sviter

черная пятница 2017: что купить на распродаже

Dəbli və keyfiyyətli bol sviter yuyulduqdan sonra formasını dəyişmir. İndi boğazı və qolları maksimum bol olan sviterlər aktualdır və onlar ən azı bir neçə il dəbdə olacaq. Özü də bol sviterlərin heç bir bir dekorativ detallara ehtiyacı yoxdur. Onların əsas pərəstişkarı Viktoriya Bekhemdır, çünki bilir ki, sviter qadın obrazını daha müasir və maraqlı edir.

 

Çulki botfordlar

черная пятница 2017: что купить на распродаже

Çulki botfordların trend olduğunu deməyə ehtiyac yoxdur, onlar onsuz da heç vaxt dəbdən düşmürlər. Ayağı budlara qədər örtən uzunboğaz çəkmələr çoxdan zərif stilletolar kimi klassika statusuna yüksəlib. Sadə modellər alın ki, onu uzun illər və istənilən paltarla geyinə biləsiniz. Təbii ki, ayaqların formasını da nəzərə alınmalıdır, kök xanımlarda xoş görünmür.

Çulki çəkmələri mini və midi yubkalarla, hətta uzun trikotaj və ya ipək donlarla, eləcə də palto, ekoşuba və sırıqlı kurtklarla uyğunlaşdırmaq olar.

 

Tək rəng cinslər

черная пятница 2017: что купить на распродаже

Müxtəlif rəngli cinslər vaxtaşırı olaraq dəbdən gedir və yenidən geri qayıdırlar. Sadə birrəngli, azad biçimli cins şalvar isə həmişə dəbdə qalır.

 

Ağ kedlər

черная пятница 2017: что купить на распродаже

Ağ kedləri qışın trendi adlandırmaq çətindir. Bu idman ayaqqanbıları istənilən obrazı xilas edir. Əgər dəstinizi hansı ayaqqabı ilə tamamlamağa qərar verə bilmirsinizsə, ağ ked geyinin, əmin olun ki, yanılmayacaqsınız.

 

Qırçınlı yubka

черная пятница 2017: что купить на распродаже

Qırçınlı yubkaların bol sviter, həcmli xudi, hətta bortforlarla vəhdəti müasir və gözəl alınır. Və ən başlıcası bu yubka modeli dəbdən heç vaxt düşmür, sadəcə obrazın komponentləri dəyişir. İndi qırçınlı yubkanı dağınıq və kişisayağı geyimlərlə birləşdirmək aktualdır. Onların sayəsində siz klassik ruhda müasir dəst yaradacaqsınız.

 

Xudi

черная пятница 2017: что купить на распродаже

Ötən il Amerikanın “Vogue” jurnalı xudiləri mövsümün əsas trendi adlandırmışdı, elə o vaxtdan onlar qarderobun baza geyimləri siyahısına daxil olub. Gənc təbəqənin repə olan məhəbbəti sayəsində xudilər kiçiklər və böyüklər üçün də qarderobun ümumişlək geyimi olub. Yaxud da yaşlı insanların işgüzar görüşlərə geyinməyə utanmadığı dəbli geyimdir.

 

Şıq aktivist

Что в моде осенью 2017 футболки с надписями фото феминистские футболки фото

Şıq aktivist anlayışı moda kontekstində feminizm atributları, şüurlu istehlakı, insan haqları uğrunda mübarizəni, liberal baxışların təzahürünü və başqa məqamları özündə birləşdirir. Tək rəngli köynəklərin üzərində gender bərabərliyi, sosial və siyasi mövzularda sloqanlar yazılıb. Yəni artıq insanlar öz baxışlarını geyim vasitəsilə ifadə bilər. Bu, heyvanların müdafiəsi və ya veqan qidalanma ilə bağlı şüarlar da ola bilər. Belə qısaqol köynəklər də universiallığı ilə seçilir və hər paltarla uzlaşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir