kitabxana

Dərs ilinə necə hazırlaşmalı? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 214

Uşaqlar yay tətilini il boyu səbirsizliklə gözləyirlər. Dərs ilinin sonuna yaxın bu tətili necə və harada keçirəcəkləri barədə valideynlər bir çox planlar da hazırlayırlar.

Bəs, məktəblilər, xüsusən ibtidai sinif şagirdləri yay mövsümünü necə səmərəli keçirə bilərlər? Yeni dərs ilinə qədər necə həm öyrənib, həm əylənə bilərlər? Sözügedən uzun tətil zamanı şagirdlər asudə vaxtlarından rasional istifadə etməyi, özlərinə və ətrafdakılara fayda gətirməyi necə, bacarırlarmı?

Maraqlı olacağını nəzərə alıb, mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.

Xatire Mirzeliyea 1

Məsələ ilə bağlı “Gencaile.az” saytına danışan Təbiət elmləri üzrə Isveçdə çalışan mütəxəssis müəllim Xatirə Mirzəliyeva aşağıdakıları dedi:”Şagirdlərin çoxu yay tətilini böyük səbirsizliklə gözləyirlər. Ailə vəziyyətindən asılı olaraq şagirdlər yay tətillərini müxtəlif  formada keçirirlər. Buna baxmayaraq valideynlər mütləq şəkildə uşaqlarının uzun yay tətilini səmərəli keçirmələri üçün bir plan hazırlamalıdırlar, yəni uşağın fiziki, sosial, psixi və elmi inkişafina yararı olacaq bir cədvəl hazırlanmalıdır. Əlbəttə ki bunu yalnız valideynlər özleri deyil, uşaqları ilə birlikdə, uşağın maraq dairəsi çərçivəsində hazırlamalıdırlar. Bura nələr daxil ola bilər?

Hər hansı bir idman növü, digər uşaqlarla tez-tez təmasda olmaq, qrup şəklində oyunlar,  söhbətlər, fikir mübadiləsi, hər gün axşamlar yatmazdan öncə ən azı yarım saat kitab oxumaq, günün hansısa saatı 0,5-1 saat  riyazi məsələ-misal həll etmek, şahmat oynamaq, düşünmək tələb eden oyunlar, və s. Eyni zamanda uşaqları mümkün qədər telefon və kamputer oyunlarından kənar tutmaq, fiziki aktiv olmalarına şərait yaratmaq lazımdır, çünki fiziki aktivlik beyin qan dövranını da artırır ki, bu da öz növbəsində uşaqların əqli inkişafina və dərin düşünmə qabiliyyətinin artmasına kömək edir. Həmçinin fiziki aktivlik onların daha sağlam olmalarına zəmin yaradır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar”.

 ULVIYYE EFENDIYEVA

Mövzu ətrafında fikirlərini saytımız üçün açıqlayan psixopedaqoq Ülviyyə Əfəndiyeva isə aşağıdakı fikirləri səsləndirdi: “Dünya təhsil təcrübəsinə əsasən yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də, uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirməlidir. Məsələn, təmiz havada vaxt keçirmələri çox önəmlidir. Hesab edirəm ki, valideynlər övladlarının tətil planlarını əvvəlcədən – elə tədris dövründə hazırlamalıdırlar. Məsələn, valideynlər övladlarının tətillərinin, asudə vaxtlarının səmərəli keçirilməsi üçün mütləq şəkildə alternativlər ortaya qoyulmalıdır. Valideynlər övladlarını müxtəlif muzeylərə, tarixi, görməli yerlərə apara bilərlər. Həmçinin sosiallaşmaları üçün dostları, həmyaşıdları ilə vaxt keçirmələri məqsədəuyğundur.”

Psixoloq həmçinin valideynlərə səslənərək xatırlatdı ki, məktəbliləri mümkün qədər planşetdən, kompüterdən uzaq tutmaq lazımdır: “Televizor izləməyi sevən azyaşlılar mütləq müəyyən saatlarda və valideyn nəzarətində mavi ekran qarşısında əyləşsinlər. Əcnəbi dillərdə uşağın yaşına uyğun kino, cizgi filmi, intellektual verilişlərə baxmaq daha arzulanandır”.

 

Hazırladı: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir