qirislar

Dəridəki qırışları necə aradan qaldırmalı?

Baxış sayı: 170

Qırışlar nədir və necə yaranır? Sual ritorik səslənir, çünki gec-tez qırışlar bütün insanlarda dərinin təbii qocalması nəticəsində əmələ gəlir.

Alimlər əksər insanlarda 35 yaşından sonra aktivləşən  qocalıq genini kəşf etmişlər.

Dərinin əsas qatını lazımi səviyyədə saxlayan kolagenin (zülal lifləri) istehsalı tədricən azalır. Nəticədə, dəri öz elastikliyini itirərək, qırışların və sallanmanın yaranmasına səbəb olur.

Lakin qırışlar yalnız qoca qarılarda deyil,  cavan qızlarda da əmələ gələ bilər.

Bunun səbəbi qeyri-düzgün mimika, üz-gözünü büzüşdürmək vərdişi, stress, siqaret çəkmə, yuxusuzluq, zərərli qida maddələrindən sui-istifadə, həddən artıq qaralma və bütün günü kompüter monitoru arxasında oturaraq, gəzinti haqqında unudan qadınlarda təmiz hava çatışmazlığıdır.

Göz ətrafındakı qırışlar gözləri qıymaq vərdişindən yaranır. Belə vərdişin yaranmasına səbəb həm zəif görmə qabiliyyəti, həm də günəş işığının çox olmasıdır. Odur ki, yayda gündən qoruyan eynək taxmaq lazımdır.

Artıq əmələ gəlmiş qırışlardan qurtulmağa cökə cövhəri kömək edir. 1 çay qaşığı cökə ağacı çiçəklərini 1 stəkan qaynar su ilə qarışdıraraq, yarım saat dəmləmək, sonra isə süzmək lazımdır. Pambıq tamponlarını alınmış cövhərdə isladaraq, arxası üstə uzanmaq və tamponları yarım saat qırışların üzərində saxlamaq vacibdir.

Süddə isladılmış ağ çörək də yaxşı effekt göstərir. Çörəyin içini isladaraq, ikiqat tənzif arasına yaymaq və qırışların üzərinə qoymaq lazımdır.

Cəfəri yarpaqlarını xırda doğrayaraq, 1 stəkan qaynar süd ilə qarışdırdıqdan sonra ilıq vəziyyətə qədər soyutmaq, tənzifə bükərək, qırışların üzərinə qoymaq lazımdır.

Həm gözlərin ətrafı, həm də alındakı qırışları hər gün təzə xiyar parçası ilə silmək olar.

Alın qırışlarına qarşı adi xörək qaşığı ilə aparılmış masaj kömək edir. Biri soyuq, digəri qaynar su ilə dolu iki stəkanı yanaşı qoymaq lazımdır. Üçüncü qabın içinə qaynadılmış  günəbaxan və ya zeytun yağı tökmək lazımdır.

Qaşığı əvvəlcə qaynar suya salaraq isitmək, sonra soyuq suda soyutmaq, daha sonra isə bitki yağına salmaq lazımdır. Sonra basmayaraq, lakin yüngül, cəhdlə sürüşdürərək, alında dairəvi hərəkətlər etmək lazımdır.

Bütün qırışlardan xilas olmaq üçün yaşıl salat yarpaqları kömək edir.

Onları yaxşıca yuduqdan sonra xırda doğramaq və qatıq ilə qarışdırmaq, sonra isə 20 dəqiqəlik üz nahiyəsinə çəkmək lazımdır. İlıq su ilə yuduqdan sonra üzünüzü qazsız mineral su ilə yaxalayın. Belə maska qırışlardan azad etməklə yanaşı, dəriyə lətiflik və yumşaqlıq bəxş edir.

Qırışların sayını çobanyastığı və nanə həlimləri azaldır.

Buğa verilmiş nanə yarpağını birbaşa qırışların üzərinə qoymaq lazımdır.

Və dünyada qırışlardan ən yaxşı xilaskar əzvaydır (aloye). Yaşı 3 ildən az olmayan əzvay bitkisinin aşağı yarpaqları kəsilərək, bir həftə soyuducuda saxlanır. Sonra yarpaqların şirəsi sıxılır və istənilən yağlı krem ilə qarışdırılır. Bu maska 20-30 dəqiqəlik  üzə çəkilir, sonra cəfəri, çobanyastığı həlimi, açıq yaşıl çay dəmi, yaxud, sadəcə ilıq su ilə isladılmış  pambıq tampon ilə silinir.

Lakin bilmək lazımdır ki, bütün bu vasitələr dərhal təsir etmir. Bütün proseduraları müntəzəm şəkildə yerinə yetirmək lazımdır. İlkin nəticələr adətən bir aydan sonra əldə edilir. Onları qorumaq üçün isə seçilmiş hər hansı kursu bir və ya iki aydan sonra təkrar etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir