İsmayil Ahmad

Davranış meyarı – İsmayıl Əhməd yazır

Baxış sayı: 1. 698

Yüz  illərdir  belə  hesab  olunur  ki,  insanın  fikir  və  düşüncələri,  eləcə də  onun  göstərəcəyi  reaksiya  və  hərəkətləri barədə  əvvəlcədən  bir  söz  demək  mümkün  deyil.  Psixoloqlar  insanların  eyni  qanunlar  əsasında  davrandıqlarını  və  ətrafda    baş  verənlərə  eyni reaksiya  göstərdiklərini  sübuta  yetirirlər. Hərçənd  onlar    bunun mahiyyətini  dərk  edə  bilmirlər. “Gencaile.az” saytının “bilDİN” rubrikasında bu dəfə sizə həmin qanunlardan  söz  açacaq.

Dərsliklərə  daxil  olan  bir  çox  psixoloji  təcrübələri  etik  düşüncələri  nəzərə  alaraq həyata  keçirmək  olmur.   Bunların  arasına  “Balaca  Albert”  kimi    məşhur  olan  təcrübə  də  daxildir.  Təcrübə  qeyri-etik  olduğundan  sonralar  bir daha  təkrarlanmır.  Belə  ki,  bunun  əsas  səbəbi  təcrübənin  psixologiyadakı    yeni istiqamətinin  əsasını  təşkil  etməsindədir.  Bu  isə  təcrübənin  elmi  nöqteyi-  nəzərdən keçirə  bilinməməsinə bir  nümunədir.

XX  əsrin  əvvəllərində  özünün yeni  inkişaf  mərhələsinə  qədəm  qoyan,  psixologiya  elminə  öz  imzasını  atan  alimlərdən  biri də  Corc  Brodes  Uotson  olub.  1913-cü  ildə  bixeviorizm  (ing. behavior – davranış)  adlı  yeni  psixoloji    cərəyanın  bünövrəsini  qoyur.  Uotson  təkidlə  qeyd  edirdi  ki, insan  daxilində  baş  verən  proseslər  onun  fərd  olaraq formalaşmasına  heç bir  təsir  etmir.  Əsas  olan  davranışdır.  Və  o  da  öz  növbəsində  ətraf  mühitdən  və  xarici  stimullardan  asılıdır.  Bixevioristlər  əsasən  belə hesab  edirlər  ki,  “Homo  sapiens”in  (şüurlu  insanın )  rəftar  və  davranışları şərti  reflekslərdən asılı  olan  heyvanat  aləminin rəftar  və davranışlarından  daha   qəlizdir.  Uotson  iddiasını  sübuta  yetirmək  üçün  deyirdi:   “Mənə  kifayət  qədər  sağlam və  inkişaf  etmiş    bir  neçə  uşaq  verin  və  mən  öz  şəxsi  təcrübəmlə irqi  mənsubiyyətlərindən,  daxili  istedad  və  maraqlarının hansı  istiqamətə  asılı olmadan  onları  istədiyim kimi  böyüdə  bilərəm.  Sağlam uşaqlardan istədiyimi  seçib istədiyim  sahənin mütəxəssisi   edə  bilərəm.  Onlardan  istədiyim  kimi  həkim, mühəndis,  hakim, texnik, tacir,  hətta  oğru  belə  hazırlaya  bilərəm. Bu,  Uotsana  məxsus  nəzəriyyə  idi. Bixeviorizm  qısa  zaman ərzində  məşhurlaşmağa  başlayır.  Hətta  1915-ci  ildə Uotsun  dünyada  xüsusi  nüfuza  malik  olan  Amerika  psixologiya  Assosiasiyasının rəhbəri  təyin olunur. Amma  tutduğu  vəzifədən asılı olmayaraq    o  öz  nəzəriyyəsini  sübuta  yetirməli  idi.  1919-cu   ildə  o,  assistent  Rozali  Reyner  ilə  birlikdə  11  aylıq  körpələr  üzərində  təcrübələr  aparmağa  başlayır.   Təcrübədə  iştirak edən   körpə  sonra  Albert  B  adlandırılır.  İlkin mərhələdə ağ  diri  siçan, ondan bir  qədər  kənarda  ona  oxşar  pambıq,  yun  parça  qoyulur.    Amma  Albert  bütün  bunlardan qorxmur.  Uşaq  siçanla  oynadığı  zaman  Uotson  çəkiclə  onun başının üzərindəki dəmir   lentə  möhkəm  zərbə  vurur  və  uşaq  bu  səsdən bərk  qorxur  (əgər  Uotson  həmin təcrübəni bu  gün həyata  keçirsəydi uşağa  qorxulu  anlar  yaşadıb  onun  mənəviyyatına  zərbə  vurduğu  üçün  tutduğu  vəzifədən  uzaqlaşdırar  və  neçə  illik  həbsə məhkum  olunardı). Təcrübə  bir  neçə  dəfə təkrarlandıqdan  sonra  uşaq  artıq  siçandan  qorxmağa  başlayır. Və  onun qorxusu  ağ  siçanla  məhdudlaşmır, ona  bənzər  ağ  nə  varsa  onlardan da  qorxmağa  başlayır. Pambıqdan,  ağ yun parçadan, hətta  Santa  Klausun  saqqalından  belə. Müşahidəçilərin  dediklərinə  görə,  uşaqdakı  qorxu  hissi  ən az  bir  ay  davam  edir.  Hərçənd  bu  qorxu  hissini  sonradan  asanlıqla  götürməkdə  olur.  Lakin  uşağın valideynləri  övladlarını  təcrübədən  ayırdıqları  üçün  Uotson  onun gələcək həyatından xəbər  tuta  bilmir.  Bunu əsl  uğur  hesab  etmək  olardı.   Lakin  tənqidçilər  tez  bir  zamanda  ortaya  yeni metod  qoyur  və  Uotsonun    təcrübələri  şübhə  altına  getməyə  başlayır. Belə  məlum olur  ki,  Uotson  vaxtaşırı  çəkiclə  apardığı  müşahidəni  təkrar  edirmiş.  O, əslində çəkicdən çıxan  səsin qorxunun  həqiqi  səbəbi  olmadığını  sübuta  yetirmək istəyirdi. Bununla  yanaşı,  Uotson  və Reyner  uşağın  xəstəxananı  nə zaman  tərk  edəcəyini  bilirdilər.  Və  onların  uşağın  yüngül reaksiyası barədə irəli  sürdükləri  “ilkin  proqnozları”  sadəcə  şübhə  doğurur.

Təcrübə  iflasa  uğradıqdan sonra   bixeviorizm  hələ  uzun müddət  davam  edir. Lakin  Uotsonun  özünün  başa  düşdüyü  kimi. Amma  psixologiyadakı  bu  istiqamət  bu  gün  mövcud  deyil.  Müasir  psixoloqlar  arıq  xeyli  vaxtdır  yalnız  davranış  üzərindən  qənaətə  gəlməyin  tərəfdarı  olmadığını  hesab  edirlər.  Bunun  üçün də  bu  məsələyə  xüsusi  yanaşmanın  əhəmiyyəti  var.

Təcrübədə  iştirak  edən  körpənin  sonrakı  taleyi  2012-ci  ilə qədər naməlum qalır.  Aparılan araşdırmalardan  sonra  belə məlum olur  ki,  həmin  körpənin adı  Duqlass  Meritt  olub  və  onu  olduqca  kədərli  tale  gözləyir.  Belə  ki,  uşaq  sonradan  hidrosefaliyadan (beyində  maddə  yığıntısı  nəticəsində  yaranan  dözülməz  ağrılar)  xəstəliyindən əziyyət  çəkir.  Sinir  pozğunluğuna  səbəb  olan bu  xəstəlik  nəticəsində   Duqlas  1925-ci  il may  ayının  26-da  altı yaşında  vəfat  edir.  Ən  acınacaqlı isə  həm  Uotsonun, həm də  Reynerin  uşağın həmin  xəstəlikdən əziyyət  çəkdiyini  bilmələri  və  həyata  keçirdikləri  təcrübənin  tədqiqatlar  üçün  müvafiq  üsul  olmadığına  dair  hesabat  vermələri olur.  Lakin  nəzəriyyəni  sübuta yetirmək  üçün  məsələnin  mahiyyətindən agah  olmasına baxmayaraq belə  bir  addım  atır. Elmdə  bir  alimin  həm  özünü, həm də başqalarını inandıra  bilməsi heç də  asan  məsələ  deyil.  Bunun  üçün də aparılan  təcrübələrin  nəticələrini  saxtalaşdırmaq  nəinki  pisniyyətli  olmadır, bəlkə  elm  və alimlər  üçün  əsl  faciədir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir