balta

Dirildi və qatilini göstərdi

Baxış sayı: 1. 512
4 yaşlı bir uşaq əvvəlki həyatını xatırlayıb və bir adamın onu balta ilə öldürdüyünü deyib. Balaca uşağın dediklərinə əvvəlcə kimsə inanmayıb, lakin ətrafdakı insanları daha əvvəlki həyatında öldüyü zaman dəfn edildiyi yerə aparıb. Uşağın göstərdiyi yer qazıldığı zaman oradan bir kişi cəsədi çıxıb. Cəsədin başındakı balta izi ilə uşağın başındakı doğuş izi qarşılaşdırıldığı zaman həmin izlərin eyni yerdə olması hər kəsi şoka salıb.
Uşaq üstəlik, cinayət zamanı istifadə edilən baltanın yerini də göstərib. Torpağı qazanlar oradan illər əvvəl basdırılmış balta da tapıblar. Kənd əhalisi gerçəkdən də uşağın dediyi adda bir adamın illər əvvəl itdiyini, heç kəsin ondan xəbər tutmadığını deyiblər.
Uşağın dedikləri bunla da bitmir. 4 yaşlı uşaq heç kəsin köməyi olmadan bir evə gedib və ev sahibi olan kişini göstərərək onu illər əvvəl qətlə yetirən adamın həmin şəxs olduğunu deyib. Adı açıqlanmayan kişi bir anda şoka düşüb və illər əvvəl bir adamı başından balta ilə yaralayaraq öldürdüyünü etiraf edib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir