dis-agrisi-20lik-dis-agrisi

Dişləriniz üçün faydalı və zərərli içkilər

Baxış sayı: 1. 391

Dişlərimizin həmişə ağ və parlaq görünməsini arzu edərik. Amma hər gün daha diqqətlə fırçalasaq da, yediyimiz yeməklər və içdiyimiz içkilər səbəbilə bir müddət sonra onlarda saralmalar baş verir. Bəs dişlər üçün hansı içkilər daha faydalıdır? Zərərli içkilərin dişlərimizə nə kimi təsirləri var? Gəlin, birlikdə bu içkiləri və onların dişlərimizə təsirlərini öyrənək.

 

Faydalı içkilər

 

Süd

Süd dişləri kalsium və D vitaminilə təmin edən, onlara güc, sağlamlıq bəxş edən içkidir. Həm də, südün tərkibində zülal növü olan casein var ki, bu da, diş çürüməsinin qarşını almaqla diş minasını qoruyur.

 

Yaşıl və bitki çayları

Qəhvə yerinə yaşıl və bitki çaylarını içməyə üstünlük verin. Yaşıl çay dişlərdə ləkə və saralmalara səbəb olmur.

 

Mineral su

Mineral suyun tərkibində çox miqdarda mineral və diş minasının yenilınməsinə kömək olan kalsium fosfat var.

qadin

Zərərli içkilər

 

Soda

Sodanın tərkibində olan turşu diş minasına zərər verir və dişlərin üzərində ləkələr yaradır.

 

Qəhvə və qara çay

Tünd rəngli içkilər dişlərdə daha çox ləkə yaradır. Buna görə də, bu cür içkiləri az qəbul etsəniz, faydasını görərsiniz. Qəhvə və qara çay əvəzinə yaşıl çay kimi daha açıq rəngli içkilərə üstünlük verin.

 

Meyvə suları

Təbii meyvə sularının orqanizm üçün faydaları danılmazdır. Amma portağal və limon kimi meyvə sularının tərkibindəki turşu diş minasına zərər verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir