qaynana-kureken

Doğurdanmı kürəkənlərin özləri qaynana ilə münaqişəyə rəvac verirlər?

Baxış sayı: 142
 Qaynana – kürəkən münasibətlərinə həsr olunmuş nə qədər lətifə, hekayələr mövcuddur… Amma buna baxmayaraq, bu münasibətlər geniş yayılmış ailə münaqişəsi olaraq qalmaqdadır. Kişilər özlərini məsum, təmiz, günahsız hesab edir, qaynanaı isə günahların səbəbkarı sayırlar. Guya onlar heç bir əsas olmadan kürəkəni danlayır, gənc ailənin həyatına müdaxilə edirlər. Əslində, çox vaxt kürəkənlərin özləri bu münaqişəyə rəvac verirlər.
ÖZÜNƏ KƏNARDAN BAX…
Alimlər qaynanalarda düşmənçilik, kin hissi oyadan kürəkənlərin bir neçə psixotipinimüəyyənləşdiriblər. Buna görə də əziz kişilər, əgər həyat yoldaşınızın anasının sizdən xoşu gəlmirsə,tez-tez deyinirsə, cavab verməyə tələsməyin və hirsinizi “qəzəbli” qaynananızın üstünə tökməyin. Mübahisənizin səbəbini onda axtarmayın. Bəlkə siz qaynanaların sevmədiyi kürəkən tipinə aidsiniz? Onda ailədə sülh, əmin-amanlıq yaratmaq üçün əxlaq tərzinizi azacıq dəyişməlisiniz.
ANA UŞAĞI…
Əvvəllər onun yerinə bütün işləri anası görürdü. Evlənəndən sonra da hesab edir ki, hər şeyi arvadı etməlidir. Uzaqbaşı o, paltarlarını yumaq üçün vanna otağına ata bilər (adətən, paltarlar stulun üstündə qalır).
Arvadı onun paltarlarını canfəşanlıqla yusa da, tezdən durub onun üçün səhər yeməyi hazırlasa da , bu vəziyyət qaynananı razı salmayacaq. Qızını kürəkəninə qulluqçu göndərdiyi fikri onu dəli edəcək ki, bunun da heyifini sizdə qoymaq istəməyəcək. Ən yaxşısı evdə onun qızına qarşı diqqətli olun.Məsələn: Zibili ata, uşaqları bağçaya, məktəbə apara, evə gələndə nə lazım olduğunu soruşa bilərsiniz…
TƏNHA CANAVAR…
O, münaqişə yaratmağa hazırlaşmır. Sadəcə olaraq, qaynanasını görmür, ona fikir vermir.  Qaynanın kürəkənindən eşitdiyi sözlər ancaq “salam” və “sağ ol” olur. Qaynananın bütün məsləhətləri nəticəsiz qalır, necə deyərlər, kürəkən onun sözlərini bir qulağından alıb, o biri qulağından verir. Təbii ki, belə kürəkənlə qaynana mübarizəyə qalxacaq.
Qaynannızı eşitməyi, bəzən onunla həmsöhbət olmağı öyrənin. Arabir ona hədiyyə almağı özünüzə əskiklik sanmayın.Necə olsa o həyat yoldaşınızın anasıdır.
TANINMAZ DAHİ…
Yaşı 30-u keçib, amma o hələ də özünü kəşf etməyə çalışır-heç kimə lazım olmayan mənasız təşəbbüslər göstərir. Bir sözlə vaxtını hədər keçirir və bu zaman hesab edir ki, o dahi ideyalara qulluq edir. Soyuducu isə öz-özünə ərzaqla dolmalıdır. Bu məsələdə xanımı da onun fikirlərinə şərik çıxa bilər-yalnız qaynana yox… Axı o hər şeyi kənardan olduğu kimi görür. Özü də hər bir ana qızının xoşbəxt olmasını, ərinin onun arxasında dağ kimi dayanmasını arzulayır. Əgər özünüzü dahi hesab edirsinizsə edin, nə məşguliyyətiniz varsa məşğul olun, amma asudə vaxtınızda əsas işinizdən sonra…
Siz kişisiniz – ailəyə cavabdeh olan da məhz sizsiniz. Ailənin tələbatını ödəmək üçün pul qazanmaq sizin işinizdir!
Elə qaynananızla dil tapmaq da.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir