qenaet

Dünya ölkələri böhran zamanı nələrə qənaət edirlər?

Baxış sayı: 576

Dünyada bir çox ölkələrin sakinləri iqtisadiyyatın çətin dövründə vəziyyətdən çıxış  yolunu artıq müəyyən ediblər. Dünyada ən çox qənaət etməyi bacaran ölkələr sırasında Almaniya, Avstraliya və Hollandiya dayanır.

Böyük Britaniyada vaxtı keçmiş qida məhsulları satan internet – mağazalar gündən-günə məhşurlaşırlar: onlarda olan məhsullar təzə məhsullardan iki, üç dəfə ucuz olur. Britaniyalılar belə bir qidalanma üsulunu “antikriz pəhriz” adlandırırlar.

Hollandların hər on nəfərdən dördü ən ucuz qida məhsulları alırlar. İstənilən koreyalı şərəf hissi ilə deyə bilər ki, onun ailəsi qida məhsullarına hər zaman qənaət edir.

Misirlilər isə öz üsullarına əsasən  qənaət edirlər: onlar səhər yeməyində paxladan, yəni lobyadan hazırlanmış sıyıq yeyirlər. Misirlilər hesab edirlər  ki, belə bir səhər yeməyindən sonra insan axşama kimi tox olur.

Almanlar ilk iş olaraq məişət texnikası almaqdan imtina edirlər və sərfiyyatı az olan, köhnə maşınlardan istifadə edirlər.

ABŞ -da buna oxşar mənzərə: orta amerika avtomobilinin ömrü hazırda təxminən 11 ilə bərabərdir. ABŞ -da “havayı satıram” başlığı altında çoxlu sayda köhnə mebelləri, məişət texnikası, geyim və ayaqqabılar satılır.

Koreyalı qadınlar həyat yoldaşlarına bacardıqları qədər rəngli köynəklər alırlar ki, gec- gec yusunlar və yuyucu toza qənaət etmiş olsunlar.

Avstraliyalılar təzə yuyulmuş köynəyi duş otağının yanından asırlar ki, duş qəbul etdikləri zaman parın təsirindən köynək ütülənmiş şəkildə olsun.

Amerikalı qadınlar nadir hallarda gözəllik salonlarına müraciət edirlər. Böhran dövründə hətta saçlarını evdə özləri rəngləyirlər. Onların hesabına görə, belə bir üsul ayda 560 dollar qənaət etmək imkanı verir.

Fransızlar endirim vaxtını gözləyirlər. Endirim zamanı onlar hətta işdən icazə alıb alış – verişə gedirlər ki, ucuz qiymətə geyim ala bilsinlər. Endirim zamanı 70 -80 % endirilmiş malları almaq daha sərfəlidir.

İspaniyalılar deyirlər: “ köhnə ayaqqabı təzəsindən yaxşıdır, təmirə qənaət etməyin, əlavə ayaqqabı almağa qənaət edin”
Polşada çaydana su bir fincanlıq tökülür. Böhran zamanı burada bütün polis komendaturasına elektrik çaydanından istifadə etmək qadağası qoyulmuşdu və hər iki elektrik lampasının birinin çıxardılması əmri verilmişdi.

İngiltərəlilər evdə adam olmadığı zaman elektrik qapı zəngini söndürürlər. Avstraliyalılar isə istifadə olunmayan ev cihazlarını elektrik cərəyanından ayırırlar.
Finçilər tez -tez pəncərələrin silinməsini məsləhət görürülər, belə ki, şüşə çirkli olduğu zaman ev işıqlarını tez yandırmaq məcburiyyətində qalırlar. Bundan başqa, finlilərin fikirlərinə görə, yarı boş soyuducuya tez -tez baxmaq lazım deyil: soyuducunun hər dəfə qapısı açıldıqda elektrik enerjisi sərf olunur.

Estoniyada elektrik radiatorlarının yalnız gecə vaxtı yandırılması məsləhət görülür. Gecə vaxtı elektrik enerjisi ucuz olur.

İrlandiyada çətin zamanlarda bəzi ailələr ayda bir dəfə bir həftə müddətində evə bazarlıq etməkdən imtina edirlər. Onların fikirlərinə görə, belə bir üsul ilə xərcləri 50 – 40% aşağı salmaq olur.

Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir