heyvanlar

Dünya ölkələrində heyvan evlilikləri – MARAQLI

Baxış sayı: 554

Goranboy rayonunda iki itin toy mərasiminin əks olunduğu videgörüntü ölkə gündəminin ən çox danışılan hadisələrindən oldu.

Bəziləri ev heyvanlarına toy etməyi bədxərclik, bəziləri qeyri-ciddilik, bəziləri isə normal hal kimi qarşıladı.

Müasir dövrdə. Xüsusən Qərb ölkələrində insanlar dördayaqlı dostlarına daha çox bağlanır. Bu bağlılıq heyvanlar üçün xüsusi bərbər salonlarının, restoranların , geyimlərin və s. yaranmasına səbəb olub. Bəzən isə insanlar öz heyvanlarına toy mərasimi də təşkil edirlər. Belə mərasimlər təmtəraqlı, ehtişamlı keçirilir. Hər şey iki insanın toyunda olduğu kimi baş verir: “ZAQS”, fata, qara kostyum və gəlinlik, musiqi, restoran, çoxsaylı qonaqlar, toy gəzintisi və hədiyyələr.

Bu məqsədlə xüsusi təşkilatlar, şirkətlər professional xidmət göstərir. Bu zaman heyvan sahibləri öz “dostları”nın toyunu keçirən zaman bu nikahdan doğulan balaların kimə veriləcəyi, onların hansı ərazidə yaşayacağı, heyvanların hansı məhsulları yeyəcəkləri və s. barədə razılıq əldə etməlidirlər.

Çində 2011-ci ildə Çində donuzlar arasında baş tutan toy mərasimi öz xeyriyyə məqsədi ilə diqqətləri çəkmişdi. Toyda yığılan 60 min dollar vəsait uşaq fondlarından birinin hesabına köçürülmüşdü.

İngiltərədə isə itlər toy zalına daxil olaraq özlərini insan kimi aparırıdılar. Onlar dini ayini dinlədikdən sonra bir-birini qarşılıqlı öpmüş, tortdan bir dilim dişləmiş və toy arabasına oturaraq mərasimi tərk etmişdilər.

ABŞ-da isə Tayland cinsindəın olan pişiklərin toy mərasimi təmtərahı ilə seçilmişdi. Dişik pişik mərasimə gəmidə, erkək pişik isə helikopterlə gəlmişdi. Mərasimdə çoxlu sayda ev heyvanı iştirak etmişdi.

Ev heyvanlarının toy mərasimləri adətən. Insanların özlərinə və ətrafdakılara pozitiv bəxş etmək, əylənmək üçün atdıqları addımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir