gelin-toya-hazirliq

Dünya ölkələrində maraqlı toy ADƏTLƏRİ

Baxış sayı: 2. 142
Hələ kiçik yaşlardan bizə ailənin bir cəmiyyət olduğu öyrədilir. Bu cəmiyyətin bina olması üçün ilk addım da evlilikdən başlayır. Dünyanın müxtəlif yerlərində bu mərasimə yanaşma da fərqlidir. Kimiləri onu birliyin sağlam əsası hesab edərkən, bəziləri evliliyin gərəksizliyinə inanır. Amma hər halda, dünyanın bütün ölkələrində evlilik ailə qurmanın əsas hadisələrindən biri kimi qəbul edilib. Bu mərasim ayrı-ayrı ölkələrdə də müxtəlif şəkillərdə həyata keçirilir.
İstəyimiz də elə bəzi dünya ölkələrindəki özünəməxsus ənənələrə sahib olan evlilik mərasimi və bir sıra toy adətləri ilə sizləri tanış etməkdir. Modern.az saytı dünya ölkələrindəki maraqlı toy adətlərini diqqətinizə çatdırır.
Afrika
Toy mərasimində gəlin və bəy süpürgə üzərindən atılırlar. Bu adət amerikalı zəncilər tərəfindən də həyata keçirilir və həmin adətin köləlik vaxtlarından qaldığı məlumdur. Evlənməyə icazəsi olmayan kölələr gizlicə evlənmə qərarı aldıqda, gözəl bir mərasim keçirmək üçün heç nəyə sahib olmadıqlarına görə süpürgə üzərindən atılırmışlar. Hazırda isə bu adət əvvəlki xoşagəlməz hadisələrin süpürülüb aparılmasını və yeni bir başlanğıca addım atmanı göstərir.
Cənubi Koreya
Koreyada toydan sonra bəyin dostları onun ayaqqabılarını və corablarını çıxarıb, ayaqlarının altına qurudulmuş balıqla vurmağa başlayırlar. Bununla bəyin daha güclü olacağına inanılır. Toyda bəy çox gülümsəyərsə, bu, onun qız atası olacağı mənasını verir. Bundan başqa, gəlin və bəyə fındıq və qurudulmuş ərik də atırlar. Gəlin daha çox fındıq tutarsa oğlan, quru ərik çox tutarsa qız övladı doğacağına işarədir.
Çin
Çində evlilik günü astroloqla məsləhətləşdikdən sonra qərarlaşdırılır və toy günü onun uyğun hesab etdiyi vaxta salınır. Toydan qabaq bəy evlilik yatağını hazırlayır və yatağın üzərinə müxtəlif meyvələr səpilir. Balaca uşaqları da yatağa oturdub meyvələrlə oynamalarına izn verirlər. Yatağa oturdulmuş uşaqların sayı nə qədər çox olarsa, ailənin uşaqlarının sayının o qədər çox olacağına inanılır. Toy günü gəlin adətən qırmızı rəngli geyim geyinir.
Finlandiya
Burada toy mərasimində gəlin qızıl tac taxır və daha sonra subay qızlar arasından birini seçib tacını ona verir. Bu da növbəti dəfə həmin qızın evlənəcəyinə işarədir.
Fransa
Gəlin və bəy toyda ailədə nəsildən-nəsilə ötürülən qabdan şərab içirlər. Uşaqlar əllərində lentlə bəy və gəlinin qabaqlarında dayanır, gəlin isə lentləri kəsir. Bu da qarşılaşacaqları bütün çətinlikləri aşa biləcəklərini göstərir.
Yaponiya
Yaponiya evlilik mərasimlərində “sakazuki-goto” adlı mərasim var ki, mənası da “üç, üç, doqquz” deməkdir. Gəlin və bəy üç ayrı qabdan üç qurtum sake içirlər. Qabların üçü də fərqli boylarda olur və içməyə kiçik olandan başlayırlar. Buddizmdəki 9 rəqəminin 3 qat xoşbətlik gətirdiyinə işarə edən inanca görə 3 qab və 3 qurtum bu mərasimdə əsasdır. Burada içilən sakelərin hamızı ləzzətli olmur, bu da onların həyatda həm yaxşı, həm də pis şeylər yaşaya biləcəyinə, cütlüyün bunların da öhdəsindən gəlməli olduqlarına işarə edir.
Hindistan
Toy 3 gün ərzində keçirilən mərasimdir. Toydan öncə həm gəlin, həm də bəyin ayrıca xına mərasimi keçirilir. Nigahda bəy və gəlin ortada yandırılan müqəddəs alovun ətrafında 7 dəfə fırlanırlar. Onlar qiymətli bir parçayla birləşdirilir. Mərasimdə gəlinlər adətən qırmızı rəngdə geyinməyə üstünlük verirlər.
Pakistan 
Pakistanda evlənmək istəyən oğlan qızın ailəsi tərəfindən sınaqdan keçirilir. Burada ona ağlasığmaz söyüşlər və təhqirlər yağdırılır və əgər oğlan bunlara dözməyi bacararsa, toy üçün icazə alınmış olur.
İsrail
Toy mərasimində arasında şüşə qırıqları olan parça üzərindən keçmək lazımdır. Şüşələrin qırılması isə xoşbəxtliyə və kədərə işarədir.
Quam adasında
Burada bakirə qızların evlənməsi qadağandır. Toydan əvvəl qızlar mütləq bakirəliyini pul qarşılığında bu işi görən birinə verməlidir.
Mavritaniya
Mavritaniyada qızlar evlənmək üçün ən az 60, ən çoxu isə 100 kilo çəkidə olmalıdırlar. Yemək yeməsələr cəzalandırılırlar.
Şimali Koreya
Bu ölkədə evlilik yaşı qadınlarda 25, kişilərdə isə 27-dən yuxarıdır. Kişilər mütləq əsgərlik xidmətini başa vurmuş olmalıdırlar.
Hollandiya
Toy mərasimində gəlin və bəyin masasının yanına bir ağac qoyulur və gələn qonaqlar cütlüyə arzularını yazaraq bu ağacdan asırlar.
İngiltərə
İngiltərədə nikah mərasimindən əvvəl bəyin dostları onun gözlərini bağlayaraq şəhər kənarında bir yerə aparıb orada qoyurlar. O isə bəy geyimində və pulu olmadan nikahın baş tutacağı kilsəyə vaxtında gedib çıxa bilməlidir.
İtaliya
Bu ölkənin bəzi bölgələrində toydan qabaq bəy ancaq alt paltarı ilə bütün kəndi gəzib, qapı-qapı dolaşaraq, insanlara toyu olacağını xəbər verir. İnsanlar oğlanı bəyənsələr, ona yaxşı bəxşiş verirlər, oğlan bəyənilməsə, önünə qəpik-quruş atırlar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir