Yay istirahətinin sirləri… hovuz, yoxsa dəniz? (fotolar)

Baxış sayı: 1. 583
Yay ayları gələn kimi tətil planları qurulur, səfərlər başlayır. Bütün fəsillərdə sağlamlıq mühimdir. Eləcə də tətildə olarkən də insan öz sağlamlığına təhlükə yarada biləcək məqamlara mütləq diqqət yetirməlidir. 
Bu baxımdan, istirahət məkanlarını seçərkən insanlar ilk növbədə nələrə diqqət etməlidir?
“Gencaile.az” “medianews/az”-a  istinadən sizə  yay istirahəti zamanı lazım olan faydalı məsləhətləri təqdim edir :
4yotla`4phco İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
İSTİRAHƏT  EDƏCƏYİNİZ  MƏKAN…
 
Qısa müddətli də olsa, qalacağınız məkan istirahətinizdə əsas rol oynayır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə astmalı uşaqların 90 faizinin toza qarşı allergiyası var. Tozun da ən çox yay aylarında xalçada yığıldığını nəzərə alsaq, seçdiyiniz məkanda xalçaların olmaması məsləhət görülür.
Əgər, ailədə körpə uşaq varsa, qalacağınız məkanda mətbəxin olması da vacibdir. Bunun üçün həyət evləri və ya villaları kirayələmək olar. Bu, genişlik və rahatlıq axtaranlar üçün ən uyğun seçimdir.
1133 4 İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
HOVUZ, YOXSA DƏNİZ..?
Yay aylarında sərinləməyin ən təbii yolu su ilə təmasdır. Çimərkən diqqətli olmağın vacibliyinə toxunan ekspertlər hər kəsi ehtiyatlı olmağa çağırırlar: “Hovuz təmizliyində istifadə edilən yüksək miqdarda xlor, isti havada buxara çevrilərək, tənəffüs sisteminə çatır. Bu da kimyəvi məhsulun orqanizmə yayılmasına gətirib, çıxarır və göynəmə yaradır”.
Mütəxəssislər qeyd edirlər ki, hovuzdan fərqli olaraq, dəniz suyunun nəfəs yollarını təmizləmə və burun boşluqlarını açma xüsusiyyəti də var: “Dənizə və ya hovuza girən insanlar bilməlidirlər ki, onları qulaq, burun, boğaz, sidik yolu infeksiyaları ilə yanaşı, ishal kimi həzm sistemi problemləri də gözləyir. Əgər dənizə və ya hovuza girdikdən sonra sizdə şiddətli qulaq ağrısı, xarici qulaq yolunda şişmə, qulaq axıntısı, tıxanma və eşitmə çətinliyi yaranırsa, mütləq həkimə müraciət edin. Uşaqlarda ishal varsa, onu hovuza buraxmayın. Uşaqlarınıza başa salın ki, hovuz və dəniz suyunu udmasınlar. Hovuza girən zaman gigiyena qaydalarına riayət edilməlidir. Hovuza girməzdən əvvəl duş alınmalı, tualet istifadə edildikdən və ya körpə pampersi dəyişdirildikdən sonra əllər sabunla yuyulmalıdır. Əks halda bədəninizdə olan mikroblar suya bulaşaraq, hovuza girən digər insanlara da təsir edə bilər”.
Yaşın 50-dən çox olması, siqaret çəkmək, alkoqollu içki aludəçiliyi infeksiya xəstəlikləri riskini artırır: Siqaret və alkoqollu içki aludəçilərinin, eləcə də yaşı 50-dən keçmiş  insanların dənizdə, hovuzda, çayda və ya göldə çimməsi sağlamlıqları üçün təhlükəlidir.
Bəzi xəstəliklərin dənizdə, hovuzda, çayda, göldə çimdikdən 2-10 gün sonra ortaya çıxa biləcəyini vurğulayan  mütəxəssislər qeyd edirlər ki, buna görə də təmiz çimərliklərə getmək vacibdir. Mütəxəssislərin fikrincə, çay və göldə çimməkdən çəkinmək lazımdır.
quququ İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
YEMƏYƏ VƏ İÇKİLƏRƏ DİQQƏT..!
 
Hər 10 uşaqdan 8 nəfərində qastrid olduğuna diqqət çəkən həkimlər, bunların çoxunun “səssiz” reflyuks olduğunu və istehlak edilən “fastfood”dan qaynaqlandığını qeyd edirlər. Həkimlər belə qidaların allergiyalara təkan verdiyini də bildirirlər.
Yay aylarında içilən buzlu və qazlı içkilər, qızarmış yeməklər, ketçup, şokolad və kakaolu içkilərdən də uzaq olmaq məsləhət görülür. Yatmazdan 2 saat əvvəl meyvə yemək orqanizm üçün faydalıdır . Yay axşamları yüngül yemək və spirtli içki qəbulunu da nəzarətdə tutmaqda fayda var. Bu diqqət həm bədən çəkisini idarə etmək, həm də qaraciyəri qorumaq üçün çox əhəmiyyətlidir.
Dərini qoruyan və yaşlanmadan qoruyan qidalar…
7470 3504 İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
Nar – Dərini yay aylarında günəşdən qoruyan maddələrlə zəngin olmaqla yanaşı, eyni zamanda orqanizmi xərçəngdən müdafiə edir.
 1 İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
Kivi – C vitamini ilə zəngin olduğu üçün dərini həm qoruyur, həm də qurumağa imkan vermir.
372 İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
Pomidor – Antioksidləşdirici olan likopenlə zəngindir. Bu maddə günəşdən qorumaqla yanaşı, yaşlanmanı da gecikdirir.
Gün ərzində qəbul olunan toksinlərin təmizlənməsinin ən təbii yolu bol-bol su içməkdir.
sunscreen İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
GÜNƏŞDƏN QORUNMAĞIN YOLLARI…
 
Yay mövsümündə günəşlə təmasdan qaçmaq lazımdır.
Saat 10:00-15:00 arası günəşlə təmasda olmaq ciddi zərərlərə yol açır. Həmin vaxt günəşdən gələn şüa dərinin tez yaşlanmasını təmin edir, dəridə ləkələr yaradır. Bu ləkələr isə daha sonra çillərə çevrilir.
Günəşdən gələn ən böyük zərər isə dəri xərçəngidir. Təsadüf deyil ki, dəri xərçəngi son illərdə daha geniş yayılıb.
Günəş kremlərinin markalarının və qiymətinin çox böyük əhəmiyyəti yoxdur. Yüksək qiymət heç də keyfiyyətdən xəbər vermir. Əgər dəriniz yağlıdırsa, sızanağa meyllidirsə, yağsız günəşdən qoruyucu kremdən istifadə etməlisiniz.
Əsas diqqət edəcəyimiz məqam isə kremin üzərində “SPF” faktorunun yazılmasıdır. Bu faktor kremin tərkibində 50-dən az olmalıdır. Bu rəqəm 50-dən artıq olsa da, dəri üçün problem yaratmır. Amma 50-dən aşağı olduqda, dəridə günəş yanığı yarana bilər. 50 faktorlu SPF kremləri dəriyə incə çəkilməlidir və 4-5 saatdan bir krem yenilənməlidir.
Günəş şüaları uşaqlarda raxitizm xəstəliyinin qarşısını alır. Amma bir yaşında uşaqlar “rutin” qəbul etdiyindən bu elementin tərkibindəki ionları artıq günəş şüalarından qorumaq lazımdır. Ən əsası uşaqlar üçün də günəşdən qoruyan kremlərdən istifadə olunmalıdır. Bu gün yaranan dəri xərçənglərinin əsas səbəbi məhz uşaqların 7-8 yaşlarında aldığı günəş şüalarıdır. Şiddətli günəş yanığı dəri xərçəngi ilə nəticələnir. Ümumiyyətlə, dərisinin rəngi açıq olan uşaqlar, kişi və qadınlar, hətta qocalar belə, günəş kremlərindən mütləq istifadə etməlidirlər.
a` İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
YAY GEYİMİ
 
Yaz və yay aylarında adətən, hər kəs rəngarəng geyinməyə üstünlük verir. Ən çox da açıq rənglər rəğbət görür. Ağ, zərif çəhrayı, açıq mavi, yaşıl çalarlı rənglərə hər yerdə rast gəlirik. Tünd çalarları, xüsusilə də, qara rəngi isə qış ayları üçün daha uyğun hesab edirlər. Ancaq mövsümdən asılı olmayaraq, çox sevdikləri qara rəngdən vaz keçməyənlər də var.
Dəb mütəxəssisləri deyirlər ki, yay aylarında tünd çalarlarda geyinmək heç də zövqsüzlük əlaməti deyil.
1390852857 using bea`uty products incorrectly 2 İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
 YAY MAKİYAJI
 
Yay günlərində çox və ağır makiyaj etməyin. Çox pudra və tonal krem tərlədiyiniz zaman dərinizin yağlı görünməsinə səbəb olur.
Bütün üzünüzü makiyajla boğmaqdansa, örtülməsi lazım olan hissələri örtün. Üzünüzdə örtülməli olan nöqtələri duru bir tonal kremlə gizlədin.
Yay aylarında suya davamlı makiyaj ləvazimatları istifadə edin. Üz üçün az və rəngli, gözlər üçün suya davamlı layner çəkin.
Bu yay üçün makiyajın əvəzedilməz rəngləri: Gözlər üçün qızılı rəng, yanaq üçün gül, ya bürünc qızılı, dodaqlar üçün gül, bal, konyak və ərik rəngidir.
Yay makiyajında pudradan çox istifadə etməyin. Sadəcə alın, burun və çənə bölgəsi çox yağlı görünməsin deyə, həmin bölgələrə azca pudra vurun. Yay makiyajında sərt cizgilərə yol verməyin. Yüngül toxunuşlar edin.
Çimərliyə getməzdən əvvəl dərinizi nəmli saxlayacaq, rahat nəfəs aldıracaq formul və günəşdən qoruyan SPF 30 faktorlu krem vurun.
Çimərliyə gedərkən makiyaj etmək istəyirsinizsə, suya davamlı layner, tuj, yanaq üçün krem rəng ənlik, dodaq üçün gloss, rəngli mat dodaq boyasından istifadə edin.
Bütün gün üzünüzə yapışan kir və makiyajı axşam təmizləməyi unutmayın.
b191 İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
YAY XƏSTƏLİKLƏRİNİN ƏSAS ƏLAMƏTLƏRİ…
 
Qış ayları ilə müqayisədə yayda  immun sisteminin zəiflədiyini vurğulayan həkimlər əsas düşmənimizin elə özümüz olduğunu deyirlər: “İsti havada dənizdə, çayda və ya hovuzda çimmək birbaşa mədə-barığsaq infeksiyalarına yol açır. Maliyariya və brüsellyoz əsas təhlükədir. Sudan çıxandan sonra qaşınma müşahidə edilirsə, bu, artıq dəri xəstəliyindən xəbər verir. Çimərkən dəniz və ya çayın suyunu udmaq qətiyyən olmaz, çimərlikdən qayıdandan sonra isə yuyunmaq vacibdir”.
32a`a`71a`08a`5a`fb04da`418e0b97df1129 İstirahət etmək və yay xəstəliklərindən qorunmaq üçün vazkeçilməz məsləhətlər… FOTOLAR
Həkimlər deyir ki, “çirkli əllər” problemi də əhalinin əsas dərdinə çevrilib: “Yeməkdən əvvəl əlləri yumaq, meyvə-tərəvəzi, xüsusən də, göyərtini dəfələrlə yumaq lazımdır. Əksər infeksiyalar yuyulmamış məhsullarda gizlənib. Hepatit A virusuna yoluxma riski məhz belə yeyintilərdə, hovuz və dəniz suyunda daha çoxdur”.
YAY XƏSTƏLİKLƏRİNDƏN NECƏ QORUNMALI..?
 
Günorta saat 12:00-16:00 arasında çimərlikdə istirahət etmək məsləhət görülmür. Həmçinin kəskin temperatur fərqlərindən qaçın, kondisionerin soyudub, sərinləşdirdiyi otaqdan bürkülü küçəyə çıxmayın. Üstəlik, yayın istisində soyuducudan yeni çıxarılmış buzlu su və ya dondurma zökəmin birinci mərhələsi kimi qiymətləndirilir. Günəş altında başıaçıq gəzməyin. Pambıq, kətan və başqa təbii materiallardan olan yüngül geyimlərə üstünlük verin. Bu tələblər yaşından, cinsindən asılı olmayaraq, hamı üçün vacibdir.
Mütəxəssislər xəbərdarlıq edirlər: “Oksigenin miqdarı azaldıqca, təngnəfəs olma halları artır. Ürək çatışmazlığı, astması olanlar üçün belə vəziyyət çox təhlükəlidir. İlkin mərhələdə insanda tərləmə olur. Bu, orqanizmin özünümüdafiə qabiliyyəti göstəricisinin zəifləməsi deməkdir. Tərli olarkən dərhal soyuq məkana keçmək çox təhlükəlidir. “Yanmaq” və“günəş şüası altında qaralmaq” ayrı-ayrı ifadələrdir. İnsanlar bunu dərk etməlidirlər. Qızmar günəşin altında saatlarla uzanmış vəziyyətdə qalmaq olmaz. Xüsusən də bədənində xalı çox olan insanlar, irsdə, nəsildə melanoma deyilən dəri xərçəngi olanlar günəş şüası altında durmamalıdırlar. Çimərlikdə quma girməyi xoşlayanlar da ehtiyatlı olmalıdırlar. Azyaşlı uşaqlar günəş şüalarından qorunmalıdırlar. Çünki uşaqlar hətta 30 dərəcə istidə 30-40 dəqiqə qalmaqla, günvurmaya məruz qala bilərlər”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir