3333

Dünyada yeni dəb – boşanma mərasimləri

Baxış sayı: 595

Avropanın bəzi ölkələrində və Amerikada yeni ənənə yaranıb. Artıq cütlüklər boşanarkən bunu faciəyə, məhkəmə silsilələrinə və düşmənçiliyə çevirmək istəmirlər.

Onlar boşanmanın da evlənmə kimi bir hadisə, yəni, yeni başlanğıc olduğunu düşünərək, bunu şadyanalıq kimi keçirirlər. Hərə mərasimi öz fantaziyasına uyğun şəkildə qeyd edir. Bəzən qadınlar fantaziyanın sərhədlərini zorlayıb, bir-birindən fərqli yeniliklər çıxarırlar. Məsələn, boşanma tortu, qara gəlinlik paltarı və sair. Boşanma tortunun üstündə adətən bəyi ayağından sürüyən gəlin fiqurları olur. Mərasimə hər iki tərəfin qohumları gəlir və əylənməyə çalışırlar.

Əgər cütlüyün övladları varsa, onların öz dostlarını da bu mərasimə dəvət etməsi qəbul olunan haldır. Necə deyərlər, əsas odu, əylənmək üçün səbəb olsun. Və bununla da insanlar dünyaya boşanmanı faciəyə çevirmənin doğru olmadığı mesajını verirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir