atlar

Dünyanın ən bahalı və yaraşıqlı atları

Baxış sayı: 140

Onlar insanın səsindən onun emosiyasını anlaya bilirlər. Atlar dünyanın ən gözəl və yaraşıqlı heyvanları sırasında ilk sıralardadır. Atlar da itlər kimi sadiqliyi və digərlərinə nisbətən ağıllı, iradəli olmaları ilə insanın gözündə daha da qiymətlidir.

Dünyada bir çox at növləri var ki, görünüşünə görə bahalı qiymətlərə satılır. Bu atlar xüsusi yerlərdə saxlanılıb yetişdirilir.

Başqa heyvanlarla müqayisədə atların gözləri daha iridir və onlar ətrafı rəngli şəkildə görə bilirlər.

Beləliklə, sizi dünyanın ən gözəl atları ilə tanış edirik. Qeyd edək ki, bu atlar gözəl görünüşləri ilə yanaşı, bahalı qiymətləri ilə də diqqəti çəkirlər.

 

Frederik atı

Dünyanın ən yaraşıqlı at yarışmasında birinci olan Frederik uzun saçları ilə göz oxşayır. Adını Prusya kralından alan at görənləri heyran qoyur.

Картинки по запросу Frederik atı

Başkır qıvırcıq atı

Qıvırcıq Başkır keçmişi Orta Asiyaya dayanan dağ atıdır. Atın özəlliyi yaz aylarında tüklərinin burularaq qıvrılmasıdır. Qış fəsli gələn kimi tükləri yenidən normala dönür.

Картинки по запросу başkır atı

Ahal-Təkə atı

Dünyannın ən gözəl atları siyahısında öz yerini tutan Ahal-Təkə  bir türkmən atıdır. Bu atların adı “Kitabi-Dədə Qorqud” və “Manas” dastanlarında da keçir. Türkmənistanın Ahal vilayətində yaşayan Teke türkmənlərindən gəlmə atdır. Ölkədə yetişdirilən bu atların sayı 3 mindən çoxdur. Bu atlar satılmır, yalnız hədiyyə edilir. Ölkədən kənarda kiməsə hədiyyə edildikdə isə bala vermə qabiliyyəti məhv edilir. Səbəbi isə nəsillərinin pozulmasının qarşısını almaqdır.

Похожее изображение

Ərəb atı

Çox qədim at növlərindən sayılan ərəb atının vətəni Ərəbistandır. ərəb atı yüksək iş qabiliyyətinə malikdir. Məlumatlara görə, ərəb atı bizim eradan 1500 il əvvəl Araviya yarımadasında yetişdirilib.

Картинки по запросу arap atı

Frankel atı

Dünyanın ən bahalı atı Frankelin qiyməti 600 ədəd “Ferrari” markalı avtomobil qiymətindədir.

Frankelin dəyəri təxminən 110 milyon avrodur. Bu at dünyanın ən sürətli qaça bilən atlarından sayılır. Atın surəti saatda 63 km-ə çatır.

Картинки по запросу frankel atı

Perşon atı

İngiltərə və Şimali Amerikada daha çox yetişdirilən Perşon atlarının ana yurdu Fransadır.

Hafling atı

Avstriyanın cənub hissəsində Alp dağlarında yaşayan bu atlar əsasən soyuğa dözümlü olmaları və kələ-kötür dağlara tez uyğunlaşa bilmələri ilə seçilir.

Rocky Mountain atı

Rocky Mountain atı ABŞ-ın Kentuki ştatında 1800-cü illərin sonlarında Appalaçi dağlarında yetişdirilib. Bu atlar 30-35 il arası yaşaya bilir.

Shire atı

Bu atlar ən ağırçəkili insanları belə, yəhərlərinə götürmək qabiliyətindədir. Shire atlarının Orta əsr müharibələrindəki savaş atlarının soyundan gəldiyi iddia olunur.

Qarabağ atı

Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.

Qarabağ atlarının adi yerişi saatda 8 kilometrdən çoxdur. Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış.

Картинки по запросу qarabağ atları

Qarabağ atının Avropaya gəliş tarixində 1956-cı il mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça II Elizabetə Ağdam Atçılıq Zavodundan olan “Zaman” adlı Qarabağ atı da bağışlayıb. Həmin atı kraliçaya məşhur azərbaycanlı jokey Əli Tağıyev aparmışdı.

 

Turan Oruc

Britaniya kraliçasını göz yaşlarına boğan Qarabağ atı - Azərbaycanlı jokeyin II Yelzaveta ilə görüşü

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir