4

Dünyanın ən qəribə 8 mehmanxanası – FOTOLAR

Baxış sayı: 214

“Gencaile.az” səyahət etmək istəyən və eyni zamanda qəribə məkan sevgisi olanlar üçün dünyanın ən qəribə 8 mehmanxanasını təqdim edir.

Dünyanın ən qəribə mehmanxanası arasında Türkiyədə yerləşən “Kadirin ağac evləri” yer alır. Bura təbiətin içində olduqca möhtəşəm istirahət imkanları yaradır. Təbiət gəzintisi, mənzərə seyri və başqa imkanları olan bu məkanda istirahət üçün uyğun vaxt yaz və yay aylarıdır.

Stokholmda yerləşən Jumbo stay mehmanxanası. Mərkəzdən uzaqda olan və iç dizaynı tamamən mehmanxanaya bənzədilən bu təyyarədə tək adamlıq və cüt otaqlar, hamam, hər cür şəraiti var. Üstün tərəfi Stokholm hava limanına yaxın olmasıdı. Təyyarədən enəndə getməyə bir yer tapmadınızsa, bura gələ bilərsiz. Ancaq bir az bahadı.

Dünyanın ən qəribə mehmanxanaları arasında liderliyi ələ alan İsveçrənin Həbsxana mehmanxanasıdır. Əvvəl həbsxana kimi xidmət göstərsə də, indi lüks bir mehmanxana kimi dizayn edilib.

Həmişə nağıllarda gördüyünüz, filmlərdə içinizi çəkərək izlədiyiniz qalada vaxt keçirmək istəyərdinizmi? Şimali Hollandiyanın mərkəzində yerləşən Stayokay Heemskerk mehmanxanasının kafe, park, dükanlara yaxın olması bir üstünlükdü.

Dəniz fənəri mehmanxanası 1875-ci ildə Kaliforniyada inşa edilmiş siqnal stansiyasının binasıdı. Yenidən dekorasiya edilərək 45 otaqlı “Point Montara Light house‟ mehmanxasına çevrilib. Çimərlik, bar, hovuz, atçılıq, sörfinq və başqa imkanları var.

Hollandiyanın ən hərəkətli şəhərlərindən olan Rotterdamda yerləşən Stayokay Hotterdam mehmanxanası çay mənzərəli, fərqli üslubda tikilmiş kub evlərdən ibarətdir. 1984-cü ildə Hollandiyalı memar Piet Blom tərəfindən inşa edilib.

Sakit okeanın cənub sahilində  yerləşən plyaj mehmanxanası okeanın təmiz havası ilə günə başlamaq, gecələr dalğaların sesi ilə yuxuya getmək imkanı yaradır. Yeni Zelandiyada yerləşən Kaikoutra YHA mehmanxanası bu imkanları sizə təqdim edir.

Norveçdə şimal qütbünə doğru,  Karasjoka gölünə yaxın tamamən ağacdan dizayn edilmiş Karasjok mehmanxanası  şimal işıqlarını izləmək üçün fərqli  imkan yaradır.

 

1 2 3 4 5 6 7 8




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir