popkorn_man1504818227

Dünyanın ən təhlükəli 10 qidası – SİYAHI

Baxış sayı: 136

ABŞ-ın məşhur sağlamlıq və düzgün qidalanma ilə əlaqəli mövzuları işıqlandıran məşhur eatthis.com portalı insan sağlamlığına zərər verən ən təhlükəli 30 qidanı müəyyənləşdirib.

Həmin siyahının ilk onluğundakı qidaları təqdim edirik:

Pop-korn – xüsusi dəzgahlarda partladılan qarğıdalı ona əlavə olunan yağ, duz və başqa ədviyyatlar üzündən insan orqanizminə ciddi zərər vurur. Piylənmə və mədə problemi olanlar pop-korndan qaçmalıdırlar;

Hazır toyuq kotleti (chicken nugget) – Bu təamın insan orqanizmi üçün bir çox zərərləri var. Amma ən təhlükəlisi ona vurulan  süni qida boyasıdır.

Kolbasa və sosiska məhsulları – bu qidaların tərkibinə əlavə edilən məmulatlar bir-biri ilə əlaqəsi olmayan, bir növ, reaksiyaya girə bilməyən maddələrdir. Bundan əlavə, aşırı duz, istiot və nitrat turşusu ət məmulatı olan kolbasaların olan-qalan vitaminlərini də məhv edir;

Cipsi və peçenye çubuqları – hər ikisində süni qida boyasından tutmuş, zərərli ədviyyatlar əsas rol oynayır.Hər ikisi bədəndəki maddələr mübadiləsinin pozulmasına şərait yaradır. Həzm prosesini ləngidir;

Dadlandırıcı və ətirli qatqılar – Bu, bizdə o qədər də yayılmayıb. Xüsusən, birdəfəlik atma çaylara atılır ki, rəngini dəyişsin və ona əlavə qoxu, dad versin. Həb formasındadır. Kifayət qədər ziyanverici xassələrə malikdir;

Jelibom və düyməformalı konfetlər –  Uşaqların “bonibon”dediyi həbəoxşar xırda konfetlərin özlərindən qat-qat böyük zərərləri var. İndi də çox satılan bu cür konfetlərdə süni boya, doymuş zərərli yağ qatqıları və ifrat şəkər var ki, bunların üçü də orqanizmi məhv edir;

Qəhvə kremi – Nə yaxşı ki, elti restoran-kafeləri çıxmaq şərti ilə, bizdə çox istifadə edilmir. Əsasən, acı qəhvələrin üzərinə əlavə edilir ki, bu da birbaşa ürəyə, qan-damar sisteminə ciddi təsir göstərir;

Sendviç –  ifrat ədviyyat, duz əlavə edilən sendviç gec həzm olunur, maddələr mübadəlisənin getməsinə maneə törədir;

Marqarin – yaxşısı budur ki, marqarinin fəsadlarından danışmayaq. Çünki danışdıqca qurtarmaz. Ən yaxşısı istifadə etməməkdir;

Noğul – müxtəlif rənglərlə boyanmış, bərk şəkərdən ibarət olan noğulun təkcə təyinatı belə  zərərlidir. Çünki adından da göründüyü kimi bu məmulat süni qida boyası və izafi dərəcədə boyat şəkərdən hazırlanır ki, onların hər ikisi orqanizm üçün zərərlidir. Uşaqları noğuldan uzaq tutmaq çox faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir