muzey 6

Dünyanın ən vahiməli muzeyləri – FOTOLAR

Baxış sayı: 339

Dünyanın bir-birindən fərqli muzeylərini görmək, eksponatları seyr etmək insanlar üçün ən maraqlı əyləncələrdən biridir. Bəzi insanlar isə həmin sənət əsərlərin bir dəfə görmək üçün böyük bir sərvət xərcləməyə razıdırlar. Bu yazıda sizə dünyanın ən qorxunc və eyni zamanda, qeyri-adi muzeylərini  təqdim edirik.

 

Siriraj Tibb Muzeyi – Tailand

Taylandın paytaxtı Banqkokda yerləşən bu muzey ölüm muzeyi adlanır. Tibb mütəxəssisləri və tələbələr üçün dəyərli bir qaynaq olan bu muzey əslində 7 kiçik muzeyin birləşməsidir. Muzeylərdə həm təbii, həm də qeyri-təbii ölümlərə aid tibbi eksponatlar var. Bu muzeydə xəstəliklərin bədənə necə təsir etməsindən, orqanlara təsirindən, qatillərin və mumiyalanmış insanların eksponatlarından  tutmuş hər şeyi tapmaq mümkündür.

 

Dupuytren Muzeyi- Fransa

Fransada yerləşən bu qeyri-adi muzey tibb sahəsinə aid  eksponatlar ilə tanınmaqdadır. Dupuytren Muzeyi 1935-ci ildə istifadəyə verilmişdir. Tanınmış muzeyin banisi isə məhşur cərrah olub. Qeyd edək  ki, muzeydə bankaların içərisində siam əkizlərinin və insan bədəninin deformasiyaya uğramış hissələri ziyarətçilərin diqqətinə səbəb olub. Burada  təxminən 6 mindən çox eksponata rast gəlmək olar.

 

Glore Psixiatriya Muzeyi – ABŞ

ABŞ-ın Missouri ştatında yerləşən bu muzey pis aurası və enerjisi ilə bütün dünyaya səs salıb.  1874-cü ildə dövlət xəstəxanası kimi istifadə olunan bu yer  artıq 1967-ci ildə muzey kimi xidmət etməyə  başladı. Bu muzeyi qorxulu edən şey, tarix boyu əqli xəstələrə tətbiq olunan metodların burada göstərilməsidir. Bundan əlavə, muzeydə orta əsrlərə aid psixi xəstələr və həkimlər arasında olan dialoqlar da mövcuddur.

 

Orta əsr İşgəncələr Muzeyi – ABŞ

ABŞ-ın Florida ştatında yerləşən bu Orta əsr işgəncə muzeyi Orta əsrlərdə işgəncə üçün istifadə olunan alətləri nümayiş etdirən bir muzeydir.  Çox maraqlıdır ki, son dərəcə qorxunc olan muzeydə bəzi işgəncələri aktyorlar və heykəllər canlandırır. Bundan əlavə, muzeydə işgəncə cihazlarından istifadə qaydaları da mövcuddur.

 

Mütter Tibb Muzeyi – ABŞ

Filadelfiyada yerləşən bu muzeydə qəribə tibbi nümunələr mövcuddur. Muzeydə, həmçinin 140  kəllədən ibarət bir divar, siam əkizlərinin birləşmiş qaraciyəri və alnında buynuzu olan bir qadının mum heykəli də var.

 

Mequra-Parazitalogiya Muzeyi -Yaponiya

1953-cü ildə açılan  bu muzeydə  insanların diqqətinə 45 min fərqlı parazitlərin qurumuş eksponatlari  təqdim olundu. İyrənc böcəklər, tırtıllar və vahiməli cücülərdən ibarət bu kolleksiya bir çoxlarının marağına səbəb oldu.

 

“El Museo De Las Momias” – Meksika

Çox maraqlı və qorxulu  olan “El Museo De Las Momias” m muzeyinin maraqlı yaranma tarixçəsi var. 1833-cü ildə Meksikada vəba epidemiyasından ölən insanların mumiyalanmış cəsədləri 1865-ci ildə  aşkar edildikdə, onların yaxınlarından dəfn üçün vergi ödəmələri tələb edildi. Ancaq ölən insanların ailələrinin çoxu bu vergini ödəyə bilmədi. Vergisi ödənməyən mumiyalar bir binada saxlanılırdı. Şayiələrə görə, binanın işçiləri mumiyaları görmək istəyənlərdən pul tələb ediblər. 1900-cü illərdə mumiyalar turistləri cəlb etməyə başladı. Beləliklə, 1969-cu ildə bu yer mumya muzeyinə çevrilərək bütün dünyaya tanındı.

 

Lombroso Cinayət Antropoloji Muzeyi – İtaliya

İtaliyanın Turin şəhərində yerləşən  bu muzey məşhur İtalyan Kriminologiya Məktəbinin qurucusu Cesare Lombrosonun adını daşıyır. Muzey 1898-ci ildə açılıb. Burada 400 müxtəlif  kəllə skletləri mövcuddur.

Lombroso inanırdı ki, bir insanın törətdiyi cinayətlər həmin şəxsin kəlləsinin ölçüsü və forması ilə əlaqəli ola bilər. Bu səbəbdən, kəllə skletlərinə marağı olduğu üçün onları toplamağa başladı.

Lombrosonun araşdırmasında istifadə etdiyi əşyalar, o dövrdə edilən cinayətlərin sənədləri, şəkilləri və qətl üçün istifadə olunan silahlarıdır. Muzeydə ən maraqlı əsər isə Lombrosonun öz kəlləsidir.

 

Samirə Tağıyeva

muzey 1

muzey 2

muzey 3

muzey 5

muzey 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir