bagirsaq

Düz bağırsaq xəstəlikləri haqqında bilmədikləriniz

Baxış sayı: 2. 728

Düz bağırsaq xəstəliklərini öyrənən tibb sahəsi proktologiya adlanır. Proktologiyada daha çox rast gəlinən xəstəliklər – anal çat, babasillər və anal fistullardır.

 

Anal çatlar

Anal çatlar – arxa keçid nahiyədə yerləşən selikli qişanın çatlamısıdır.  Çatlar uzunsov formaya malikdir, uzunluğu isə bir qayda olaraq, bir neçə sm-i aşmır.

 

Anal çatların yarnmasına bir sıra faktorlar səbəb ola bilər. Buraya defekasiya pozulması (qəbizlik və bəzi hallarda diareya), arxa keçidə yad cismin düşməsi nətisənidə yaranmış travmaları, anal nahiyənin intensiv qaşınması, bağırsaqların iltihabı və s.

 

Əksər hallarda anal çatları konservativ üsullarla müalicə etmək mümkündür. Bu terapiyaya işlədici preparatlar, ağrıkəsici və spazm əliyhinə dərmanlar, defekasiyadan əvvəl mikroimalələrin edilməsi, həmçinin anal dəliyə kompreslərin qoyulması və isti vannaların qəbulu aiddir.

 

Bəzi hallarda xroniki çatlar konservativ müalicəyə tabe olmur. Belə olan tədqirdə, defekt cərrahi yolla aradan qaldırılır.

Related image

Babasillər

Babasil (hemorroy) geniş yayılmış proktoloji xəstəlik olub, düz bağırsaqda hemorrodial damarların genişlənməsi ilə xarakterizə olunur.

 

Hemorrodial düyünün iltihabı tromboz, patoloji genişlənmə və düz bağırsağın ətrafında formalaşmış düyünlərin dəyişiklikliyi ilə xarakterizə olunur.

 

Hesab edilir ki, babasilin inkişafı qan axınının güclü olması və kifayət qədər qayıtmamsı ilə əlaqədardır ki, bu da durğunluq proseslərinə gətirib çıxarır.

 

Babasilin inkişafına bu faktorlar təkan verir:

Babasilə olan irsi meyillilik;

Düz bağırsaq damarlarında qan sızmalarına səbəb olan yaranmış kiçik çatlar.

Babasil zamanı qanaxma birbaşa defekasiya ilə əlaqədardır. Babasilin konservativ üsulla müalicəsi yalnız müvəqqəti effekt verir, tam müalicə invaziv və ya cərrahi müdaxilə yolu ilə mümkündür.

 

Anal fistullar

Anal fistul – anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslərdə rast gəlinir.Qadınlarda rastgəlmə tezliyi daha çoxdur. Yaranma səbəbi defekasiya aktı zamanı qəbizlik və ya diareya zamanı damarlarda yırtıqların əmələ gəlməsidir. Son dərəcə ağrılı olan bu yırtıqlar əzələlərdə spazmaya yol açaraq daha çox təzyiqə məruz qalır və qan dövranı yetərsiz olduğu üçün yırtıq sağalmır. Çatın dibində olan sinirin daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha şiddətli olmasına səbəb olur. Anal kanalın çatı müalicəsi cərrahi yolladır. Son dövrlərdə ağrısız və qansız cərrahi metoda daha çox üstunluk verilir. Bu zaman xəstəliyin təkrar olunması da az qeyd olunur.




1 şərh “Düz bağırsaq xəstəlikləri haqqında bilmədikləriniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir