Ərli qadının ürəyi ərsizlə müqayisədə daha sağlam olur

Baxış sayı: 1. 491

Milyon yarım qadının məlumatlarını analiz edən alimlər bu nəticəyə gəliblər ki, nikahda olmayan qadınların ürək xəstəliyindən ölmə riski ərli həmcinslərinə nisbətən çoxdur.

Alimlərin əlində qadınların araşdırmanın əvvəlində və 3 il sonra doldurduğu sorğu vərəqəsi var. Beləcə ürək xəstəliyindən xəstəxanaya yerləşdirilən və ölənlər barədə məlumatlar toplanıb. Bundan sonra araşdırmaya orta yaş 60 olmaqla 734 626 qadın cəlb edilib. Müşahidə zamanı 30 747 qadının ürək xəstəliyinə tutulması, 2148 qadının isə bu xəstəliklərdən öldüyü üzə çıxıb.

Məlum olub ki, nikahda olan və ya partnyoru ilə birlikdə yaşayan qadınlarda da ərdə olmayan qadınlar kimi ürək xəstəliyinə tutulma riski olub. Lakin ürək xəstəliyindən ölən ərli qadınların sayı ərsizlərlə müqayisədə 28% az olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir