yemeye ne var

Ev şəraitində toyuq sosiskası belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 211

Sosiska dədikdə kimisinin ağzı sulanır, kimisi isə ağız büzər.  Ağız büzmənin əhəmiyyətli səbəblərindən tərkibinə qatılan ətin və ya toyuğun hansı hissəsindən istifadə edildiyi bilinmədiyi üçündür. Beləliklə, “Yeməyə nə var?” rubrikasında uşaqlarınıza könül rahatlığı ilə verə biləcəyiniz ev şəraitində hazırlanan toyuq sosiskasının reseptini təqdim edirik.

 

Tərkibi:

  • 500 qr toyuq filesi
  • 1 ədəd yumurta
  • 50 qr kərə yağı
  • 100 ml süd
  • duz
  • 2 çimdik istiot
  • 0,5 çay qaşığı pul bibər
  • 0,5 çay qaşığı keşniş toxumu

 

Hazırlanma qaydası:

İlk öncə toyuq ətini yaxşıca yuyun. Əti ətçəkən maşınından keçirin və ya blenderlə xırdalayın. Kərə yağı əlavə edib qarışdırmağa davam edin. Üzərinə yumurta, pul bibər, duz, istiot, keşniş toxumu və süd əlavə edib yaxşıca qarışdırın. Dəzgahın üzərinə streç salafan sərin və 2 xörək qaşığı farşdan qoyub salafanı konfet kimi bükün. Hava qalmaması üçün çalışın sosiskaları sıx bükün. Kənarlarını  sapla bağlayın.

Sosiskaları soyuq su dolu qazana əlavə edib  20 dəqiqə zəif odda qaynadın. Hazır sosiskaları 1 çay qaşığı kərə yağı və yaxud bitki yağında qızardın. Sosiskaları isti halda arzu etdiyiniz souslarla birgə süfrəyə verə bilərsiniz.

 

Təqdim  etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir