dekorasyon_89af89ed_acfa_4f3c_b8d6_76e5695b75e1_1_ad3909315cf98b448fae0d760218fb35

Evinizi belə dekor edin – TÖVSİYƏ

Baxış sayı: 2. 311

Dekorativ olmaq sizin əlinizdədir

Qış gəlincə çox vaxtımızı evdə keçiririk. Bu qış evimizi bəzəmək, dekorasiya etmək üçün əla bir vaxt ola bilər.

Tablo kimi bir ev

Divarın birinə rəsm çəkərək tablo kimi bir evə sahib ola bilərsiz. Üstəlik tablo təbiət mənzərəsidirsə, özünüzü bayırda hiss edəcəksiz. Həm də evin dərinliyini artırır.

Evinizdə bir meşə ağacı

Toplayacağınız meşə palmalarını rənglədikdən sonra bir qabda masanızın üzərinə qoya bilərsiz.

Bir divar, çox çərçivə

Evinizin bir divarından çoxlu çərçivə asa bilərsiz. Çərviçələr fərqli, ya da eyni ölçüdə, hətta tamamən eyni ola bilərlər. Rəsmləri mövsümə, ya da kefinizə görə dəyişdirə bilərsiz.deko_6055f84c_f945_4a65_b555_59afaa5870e9_1_1d1a8107706b749ef43d1d815f6a9038

Yarpaq sənəti

İri bir yarpaq üzərində kəpənək olan bir tablo istifadə edə bilərsiz.

Yatağın başını bəzəyin

Yatağın başını bəzəmək və ya yapışqanlı bəzəklərlə dizayn etmək yataq otağınıza bol yaradıcılıq qatacaq. Bu dekorlar üçün divar rəngi ilə eyni tonda, ancaq onun kontrastı olan bir rəngi seçin.

Detallarla əldə olunan estetik

Bəzən adi bir detal bütün otağı örtər. Boş qalan yatağın başına xırda bir detal asmaqla bütün otağın boşluğunu yox edə bilərsiz.

Çərçivəsiz güzgülər

Xüsusən kiçik yerlərdə çərçivəsiz güzgülərdən istifadə edin. Həm ərazini böyük göstərər, həm də qələbəliyin yaratdığı göz yorğunluğunu alır.

Mesaj narahatçılığnız varsa

Divarlarınız nə üçündür? Dekorativ hərflərlə sevdiyiniz bir cümləni divara yaza və gününüzə ilham qata bilərsiz.

deko_2ee70f33_e768_472e_9699_be7a46d65984_1_56a8f296b857ca3b78c5623a15107713Evinizi əyləncəli hala gətirin

Sadə bir ev hər zaman daha çox seçilir,  ancaq otaq rəngini əyləncəli, sizə enerji verəcək bir rəngdə seçməniz daha məsləhətdir.

Təbiətdən masanıza

Dəmir bir masa, ya da jurnal masası dar sahələri geniş göstərməyə kömək olacaq.

Ən sevdiyiniz künc

Evnizdə sevdiyiniz bir künc varmı? O ərazini əks etdirən bir ayna yerləşdirin.

Qaydalara sıxışıb qalmayın

Şamların mütləq masa üzərində, ya da vitrində durması vacib deyil. Yerə qoyaraq fərqli görünüş yarada bilərsiz.

Sadəlik sevənlərə

Sadə otaq üçün az əşya istifadə edin, ağ rəng seçin. Yenə də divarları səma fotoları ilə bəzəməyə nə deyirsiz?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir